İlk dəfə deputat seçilən XANIMLAR

İlk dəfə deputat seçilən XANIMLARÖtən gün paytaxtda növbədənkənar parlament seçkiləri aparılıb. Seçkilər başa çatdıqdan bir neçə dəqiqə sonra səsvermənin ilkin nəticələri açıqlanıb. Açıqlanan nəticələr arasında ilk dəfə deputat seçilən xanım nümayəndələr də var.

Lent.az xəbər verir ki, bu siyahıya daxil olanlardan biri 70 saylı Neftçala seçki dairəsindən namizəd olan Tənzilə Rüstəmxanlıdır.

Onun ilk dəfə parlamentə deputat kimi seçilməsinə az qalıb. Tənzilə Rüstəmxanlı sabiq millət vəkili, Xalq artisti Sabir Rüstəmxanlının həyat yoldaşıdır.

Daha sonra, 48 saylı Abşeron Birinci Seçki Dairəsindən namizəd olan Nigar Məmmədova nəticələrə əsasən liderdir.

O, namizəd olana qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. İlkin nəticələrə görə, Nigar Məmmədova 61.6 faiz səs toplayıb.

13 saylı Xəzər İkinci Seçki Dairəsindən namizəd olan Gülşən Paşayevadır. Açıqlanan ilkin nəticələrə görə, səsvermədə 48.5 faizlə öndədir.

Gülşən Paşayeva 1 avqust 1961-ci ildə Bakıda anadan olub. 2018-ci ildə Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva bir il sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Nəticələrə əsasən, öz dairəsində lider olan xanımlardan biri də Günay Əfəndiyevadır. 14 saylı Xəzər-Pirallahi Seçki Dairəsindən namizədliyini irəli sürmüş Günay Əfəndiyeva 49.5 faiz səs toplayıb.

Günay Əfəndiyeva Azərbaycanın Baş nazirinin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd olan Pərvanə Vəliyeva açıqlanan ilkin nəticələrə görə, 72.8 faiz səs toplayıb. İctimaiyyət üçün yeni sima olan xanım Vəliyeva seçkiyə qədər ictimai birlik sədri olub. O, hazırda COP-29 Təşkilat Komitəsinin üzvüdür.

44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Mehriban Vəliyeva səsvermənin ilkin nəticələrinə əsasən 36.5 faiz səs toplayıb.

M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Siyahıya daxil olan digər namizəd isə 45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsindən namizəd olan Səbinə Salmanovadır. Nəticələrə görə, o, seçicilərin 50.9 faiz səs toplayıb.

YAP-dan namizəd olan Elnarə Akimova da 46 saylı Sumqayıt Beşinci Seçki Dairəsində öndədir.

Filologiya elmləri doktoru olan E.Akimova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlkin nəticələrə görə, o, səsvermənin ilkin nəticələrinə görə, 62.8 faiz səs toplayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 18645   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr