"AZAL Miles"ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar

"AZAL Miles"ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar3 sentyabr 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL "AZAL Miles" loyallıq proqramının tamamilə yenilənməsini və rebrendinqini başa çatdırıb. Həmçinin aviaşirkət qabaqcıl texnologiyalar və xidmətlərin rəqəmsallaşdırılmasını tətbiq etməklə müştərilərin şəxsi kabinetini modernləşdirib. Bu dəyişikliklər istifadəçilərə unikal imkanlar təqdim edir.

Loyallıq proqramının yenilənməsi və şəxsi kabinetin təkmilləşdirilməsi aviaşirkətin daha geniş transformasiya strategiyasının bir hissəsidir. Bu təşəbbüslərin əsas məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi və AZAL-ın beynəlxalq bazarda mövqeyinin möhkəmləndirilməsidir.

Transformasiya çərçivəsində yenilənmiş şəxsi kabinet daha rahat və funksional olub. Rəqəmsallaşma sayəsində sərnişinlər bütün lazımi xidmətləri – aviabiletlərin alınmasından, rezervasiyaların idarə edilməsindən tutmuş millərin idarə edilməsinə qədər – onlayn şəkildə həyata keçirə bilərlər. Şəxsi kabinetdə tətbiq olunan innovativ həllər "AZAL Miles" proqramı ilə qarşılıqlı əlaqəni xeyli asanlaşdırır və xidmətdən istifadəni mümkün qədər rahat və səmərəli edir.

"AZAL Miles" loyallıq proqramının yeni versiyası əvvəlkini əvəz etməklə yanaşı, müştərilərə əvvəl mövcud olmayan imkanlar təqdim edərək funksionallığı və imtiyazları xeyli genişləndirib. Proqramın bütün aspektləri müasir rəqəmsal standartlara uyğun olaraq yenidən işlənib. Proqramın yeni "Fürsətləri səmada tutun" ("More miles, more skies") şüarı onun müasir səyahətçilərin ehtiyaclarına yönəlmiş yenilənmiş sistem kimi statusunu vurğulayır.

Proqramın əsas yeniliklərinə aşağıdakılar daxildir:

- İmtiyazların sayının artması;
- Millərin sürətli toplanması və istifadəsi;
- Eksklüziv təkliflərə çıxış;
- "Classic", "Gold" və "Platinum" statuslarına əlavə olaraq iki yeni status – "Silver" və "Elite" tətbiq olunub.

Proqramın bütün statusları üzrə imtiyazlarına aşağıdakılar daxildir:

- Ön və geniş oturacaq seçimləri;
- Ödənişsiz baqaj;
- Sürətli keçid;
- Biznes zala pulsuz giriş;
- Xidmət sinfinin ödənişsiz yüksəldilməsi;
- Mükafatlandırıcı aviabiletin tarixinin cəriməsiz dəyişdirilməsi;
- Prioritetli qeydiyyat və təyyarəyə minik;
- Prioritetli baqaj daşınması.

"AZAL Miles"ın əsas xüsusiyyətləri:

- Ailə hesabı: ailə üzvlərinə millərini bir hesabda toplamaq imkan yaradır;
- Mükafatlandırıcı aviabilet: artıq mil ilə bilet satılan istiqamətlər üzrə mükafatlandırıcı aviabiletlərə limit tətbiq olunmur;
- Millərin köçürülməsi: proqram iştirakçıları milləri bir-birilərinə köçürə biləcəklər;
- Millərin alışı: iştirakçılar həm özlərinə, həm də digər iştirakçılar üçün ödənişli şəkildə millər ala bilərlər;

- Status ballarının alışı: istifadəçilər statuslar üzrə müəyyən tələblərdən sonra ödənişlə status ballarını ala bilərlər;
- Millərin status ballarına çevrilməsi: əlavə imtiyazlar və daha çox ölkəyə uçmaq imkanı əldə etmək üçün yeni funksiya;
- Müddəti bitmiş millərin bərpası: iştirakçılar müddəti bitmiş milləri müəyyən şərtlərlə bərpa edə bilərlər.

Yenilənmiş proqramda iştirakçılarımız üçün hədiyyələr də hazırlanıb. Belə ki, ilk uçuş və hər bir yeni statusa keçid zamanı "Xoş gəldin" milləri, eləcə də doğum günü milləri təqdim edilir.

Dəyişikliklər zamanı aşağıdakı güzəştlər tətbiq edilib:

1. Bütün iştirakçıların milləri bitmə müddətindən asılı olmayaraq 2027-ci ilin avqust ayına qədər 3 il müddətinə uzadılıb.
2. Status balları üçün son 12 ay deyil, son 20 ay ərzində həyata keçirilən uçuşlar nəzərə alınıb.
3. Yeni proqram istifadəyə verilən gündən sonra uçuş edən hər bir iştirakçıya 300 "Xoş gəldin" mili hədiyyə edilir.
4. Heç bir uçuş etməyən əvvəlki "Gold" statuslu iştirakçılar ən azı "Silver", "Platinum" statuslu iştirakçılar isə ən azı "Gold" statusunda saxlanılıb. Ən azı 1 dəfə uçuş edənlər isə öz statuslarında saxlanılıb.
5. Öncəki "Classic", "Gold", "Platinum" statuslu iştirakçılar həyata keçirdikləri uçuşlardan asılı olaraq "Elite" statusuna yüksələ bilərlər.
6. 18 yaşdan yuxarı hər kəs və ya valideyn köməyi ilə 2 yaşdan yuxarı uşaqlar şəxsi kabinetdə qeydiyyatdan keçməklə proqramın iştirakçısı ola bilər.

Ətraflı məlumat üçün www.azal.az/az/azal-miles/discovery/faq linkinə keçid edə bilərsiniz.

Bu dəyişikliklər şəxsi kabinetin modernləşdirilməsi və "AZAL Miles" proqramının yenilənməsinin aviaşirkətin ümumi transformasiya strategiyasının bir hissəsi olaraq xidmət və müştəri təcrübəsini təkmilləşdirməyə yönəlmiş iki fərqli, lakin bir-biri ilə əlaqəli layihə olduğunu vurğulayır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 902   Tarix: 03 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr