"Cənab prezident İlham Əliyevin Kəlbəcərə səfəri hər birimizə böyük qürur yaşatdı" - DEPUTAT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayon sakinləri ilə görüşüblər.
Bununlan bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, cənab prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri hər birimizə böyük qürur yaşatdı:
"Cənab prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlərinin çox böyük əhəmiyyəti var. O cümlədən Kəlbəcərə. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri işğaldan azad edilən ərazilərimiz daim diqqət mərkəzində olduğunu sübut etdi. Dövlət başçısının işğaldan azad olunmuş rayon və şəhərlərə səfəri zamanı bəzi müəssisələrin açılışında və obyektlərin təməlqoyma mərasimində iştirakı həmin bölgələrin sosial-iqtisadi həyatında çox böyük dirçəlişin olduğundan xəbər verir. İşğaldan azad edilən ərazilərin yenidən qurulması "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin qalib ordunun Ali Baş Komandanı kimi Kəlbəcərə səfəri mühüm strateji əhəmiyyətə malikdir:
"Cənab prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra ilk sözləri o olmuşdu ki, biz işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtmasına çalışmalıyıq. Biz bu gün verilən həmin sözlərin uğurlu nəticəsini görürük. Hazırda işağldan azad edilmiş şəhər və rayonlarda insanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün addımlar atılır. "Böyük Qayıdış" prosesinin sürətləndirilməsi gücümüzün və birliyimizin sübutudur. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir. Əminəm ki, Ali Baş Komandan İlham Əliyevlə bundan sonra da qarşıya qoyduğumuz hədəflərə uğurla çatacağıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)