Restoranlarda və dönərxanalarda işçilərin sağlamlığı YOXLANILMALIDIR - MÜSAHİBƏ
Sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Keyfiyyətsiz, sağlamlığa zərərli və mənşəyi bilinməyən ərzaq məhsulları sağlamlığımıza ciddi ziyan vurur. Qida məhsulları, təsərrüfatdan fabrikə və çəngəl tədarük zəncirindən keçərkən çox sayda sağlamlıq təhlükəsi ilə qarşılaşa bilər. Statistika göstərir ki, dünyada əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Bəs qida məhsullarının hazırlanmasında sanitar-gigiyenik normalara əməl edilirmi? Ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqları necə tənzimlənir?
Məsələ ilə bağlı Qida Təhlükəsizlik hərəkatının rəhbəri Məhsəti Hüseynova, sağlam qida təbliğatçısı Asim Vəliyev Sonxeber.az-ın suallarını cavablandırıb. ASim Vəliyevin sözlərinə görə qida təhlükəsizliyi nəinki Azərbaycanda, dünya ölkələrinin qlobal problemlərindən biridir:
"Hər il dünyada 600 milyondan çox insan qida mənşəli xəstəliklərə yoluxur. Ölkəmizdə qida təhlükəsizliyi sahəsində ciddi nəzarət mexanizmi tətbiq edilməlidir. Burada məsuliyyəti tək aidiyyəti qurumların üzərinə atmaq doğru olmaz. Hamımız birmənalı şəkildə hüquqlarımızı və öhdəliklərimizi bilməliyik. Biz qida alarkən etiket məlumatları ilə mütləq şəkildə tanış olmalıyıq. Bəzən elə olur ki, məhsulun istehsal və son istehlak tarixinə diqqət yetiririk. Amma məhsulun tərkibi ilə bağlı etiket məlumatlarına diqqət yetirmirik. Bu baxımdan da qida təhlükəsizliyi ilə bağlı bir çox problemlər çıxır".
Məsəti Hüseyvova bildirib ki, mənşəyi bəlli olan, özünə güvənən istehsalçı şirkətlər xammal aldıqda və məhsulun satışını həyata keçirdikdə qaydalara əməl edirlər:
"Son vaxtlar ölkəmizdə dönərxanalarda, yas və toy məclislərində zəhərlənmə halları müşahidə olunur. Bir müəssisələrdə təqdim olunan yeməklərin bişirilməsi, saxlanılması, təqdimatı və servis edən insanların sağlamlıq nəzarətindən keçin keçmədiyi bəlli deyilsə, bu çox təhlükəlidir. Mütləq şəkildə bunun qarşısı birmənalı şəkildə alınmalıdır. Bu kimi halların qarşısı alınmayacaqsa qida zəhərlənmələri ilə bağlı xoşagəlməz mənzərə davam edəcək".
Ətraflı müsahibəni təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)