Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Boş qalan yerlərə qəbulun nəticələri açıqlandıAli təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

"Qafqazinfo" xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12186 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.

Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 16 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2024-cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 962   Tarix: 03 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr