"Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı"

"Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı""Atamın oxşarını, xasiyyətini, hərəkətini heç bir aktyorda görmürəm. Onun bənzəri yoxdur. Nə qədər səsi ilə danışsalar da, onun kimi oynamaq istəsələr də bu onlarda hiss olunur. Həmin aktyorlar bəlkə də yaxşı ola bilərlər, amma Həsən Turabov ola bilməzlər. Onun bənzəri yox idi. İstəmirəm ki, aktyorlar atamın səsi ilə danışıb, özlərini ona oxşatsınlar. Atam necə ki, tək idi, qoy elə də tək qalsın".

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Həsən Turabovun qızı Sevinc Turabova deyib.

O daha sonra əlavə edib:

"Onun bənzəri təkcə rəhmətlik qardaşım Daşqın idi. Çox oxşayırdı ona. Elə bilin Daşqın Gəray bəy idi. Atam da Daşqını özü kimi görürdü. Daşqın dediyini edirdi. Eynilə atamın xasiyyətində idi. Söz verdisə onun arxasından qaçmazdı. Atamın bənzəri qardaşım Daşqın ola bilərdi. Hətta iki filmdə də çəkilib. Atam arabir onu özü ilə çəkilişlərə aparırdı. Daşqın İncəsənət Universitetində oxuyurdu, deyirdi ki, mən gələcəkdə atam kimi aktyor ola bilməyəcəm, nəyə lazımdır ki, əziyyət çəkim? O bilirdi ki, atamın oynadığı rolları oynaya bilməyəcək. Ona görə də aktyor yox, polis olmaq istədi. 3 sənətin sahibi idi".

Sevinc Turabova bildirib ki, qardaşı Daşqını ov tüfəngi ilə öldürən şəxsi ömrünün sonuna qədər bağışlamayacaq:

"Qardaşım Daşqının qatilini heç vaxt bağışlamaram. Ölsəm də bağışlamaram. Onu Allah da götürməz, o da bağışlamaz.. Günahkarın illər sonra üzr istəməsi, günahını boynuna alması nəyi dəyişdi? Daşqının dərdi mənim neçə illərimi apardı. Həyatımızı məhv etdi, ailəmizi dağıtdı. Qardaşımdan sonra atam dözmədi, ürəyi partladı. Anam xəstəlik tapdı. Heç o qatilin zəngini də istəmərəm, görüşmək də istəmərəm onunla. Nə təskinlik verə bilər bizə? Heç lazım da deyil! Verilişdə illər sonra hər şeyi etiraf edir, özünü günahkar bilir" deyə sənətkarın qızı deyib.

Sənətkarın qızı bildirib ki, müasir dövrdə güclü rejissorlar yetişməlidir:

"Atamın vaxtında onların çox güclü rejissorları olub. O Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Azərpaşa Nemətovla birlikdə çalışıb. Hələ digərlərinin adı yadımdan çıxıb. Onlar bir məktəb idi. Onlardan dərs almışdılar. Bəlkə elə o rejissorlara görə həmin aktyorlar tanındılar. Bundan əlavə güclü dramaturqlar da var idi. İlyas Əfəndiyev, Elçin və s. Yadıma gəlir, atam İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsərində Amaliya Pənahova ilə birlikdə oynamışdı. Bir gün İlyas müəllim bizə zəng etdi, telefonu götürüb atamı çağırdım. Atama dedi ki, mən illər sonra "Unuda bilmirəm" əsərinin ardını yazıram, istəyirəm ki, orada Kamranın yaşlı vəziyyətini yenə sən oynayasan. Bəlkə də o vaxtkı dramaturqlar, rejissorlar sağ olsaydı bugünki gənclər onlardan nələrsə öyrənib götürərdilər. Atam rəhmətə getməsəydi görün nə qədər tələbələri olardı, Turabov məktəbi olardı. İndiki aktyorlara gözəl tamaşalar arzu edirəm. Boş-boş, mənasız kinolarda çəkilmək nəyə lazımdır? Atam, Həsən Məmmədov "7 oğul istərəm" filmində çəkiləndə o qədər də yaşları yox idi. Amma görün necə rollar yaradıblarsa bu gün də dillərdə əzbərdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1536   Tarix: 06 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr