"Bu ölkədə dövlət nəinki öz vətəndaşlarının, hətta əcnəbilərin, miqrantların da savadına, elminə, istedadına yüksək qiymət verir..."
"Onu da hiss etdim ki, Kandada insanlar öz hökumətlərinə, dövlətlərinə yetərincə etibar edirlər..."
Ətraflı
"Kanadada Ərzaq qiymətləri Azərbaycana nisbətən baha olsa da, əlbəttə, əmək haqları bizdəkindən dəfələrlə yüksəkdir. Kanadada orta aylıq əmək haqqı 5081 dollardır. Eyni zamanda bütün ərzaqlar, meyvə-tərəvəz çox keyfiyyətlidir, ekoloji təmizliyinə zəmanət yüksək dərəcədədir. Torontoda ABŞ-dən gətirilən qarpızların dadı qeyri-adidir, sanki dondurma yeyirsən".
Bu yaxınlarda Kanadanın Toronto şəhərində bir aylıq səfərdə olmuş tanınmış alim, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Moderator.az-a açıqlamasında "Kanadada sosial durum, ərzaq qiymətləri necədir?" sualını cavablandırarkən belə deyib.
"Onu da hiss etdim ki, insanlar öz hökumətlərinə, dövlətlərinə yetərincə etibar edirlər. Hətta mən bir dəfə sakinlərdən biri ilə söhbət zamanı maraqlandım ki, şəhərdə hər yerdə parklarda, meşələrdə internet işləyir: bunun səhhətinizə zərər vurmasından ehtiyat etmirsiz ki. O, cavab verdi ki, biz öz hökumət qurumlarımıza, o cümlədən internet xətlərinin çoxluğunun sağlamlığımıza zərər vurmadığını deyən Səhiyyə Naziriyimizə inanırıq, etibar edirik", -deyə davamında həmsöhbətimiz söyləyib.
Alim bu Şimali Amerika ölkəsində dövlət tərəfindən insanların, vətəndaşların təhsilinə, savadına, elminə, bacarığına və s. yüksək qiymət verilməsindən də bəhs edib.
"Onun da şahidi oldum ki, Kanadada dövlət, hökumət qurumları nəinki vətəndaşların, hətta ölkələrində təhsil almağa, işləməyə gəlmiş əcnəbilərin, miqrantların da biliyinə, təhsilinə, savadına, elminə, istedadına yüksək səviyyədə diqqət göstərir və qiymət verir. Bunun təsdiqini artıq neçə ildir orada yaşayan, işləyən oğlumun timsalında da gördüm. Oğlumun ixtisası Azərbaycanda çox az insana tanış olan "aktuari" adlandırılan bir elm üzrədir. Dövlətin müxtəlif sahələr( kənd təsərrüfatı, sənaye, pensiyalar və s.) üzrə strateji planlaşdırmasıyla məşğul olan ixtisas növüdür. O, Kanadanın Vaterloo universitetinin magistraturasını onlayn olaraq həmin ixtisas üzrə bitirib və sonra Kanadada işləməyə başlayıb. Deməli, oğlumun elmi müdafiə işi müxtəlif təbii fəlakətlər zamanı Kanadanın kənd təsərrüfatına dəyən zərərlərin hesablanması və müxtəlif təsərrüfat sahələrinin gəliri-çıxarının və s. buna uyğun hesablanması kimi bir mövzu ilə bağlı olub. Müdafiədə iştirak edən kənd təsərrüfatı nazirinin müavini oğlumun işini bəyənib və təkid edib ki, o məhz Kanadada qalıb işləsin. Onunla bərabər elmi işlərini müdafiə edənlərdən yalnız 3-ü Kanada da saxlanılıb, qalanları ABŞ-yə göndərilib",- deyə alim yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1047 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr