Əsgər durduğu yerdə özünü niyə ÖLDÜRSÜN? - AÇIQLAMA
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vəli Asəf oğlu odlu Abbasov silahdan istifadə etməklə özünü öldürüb. Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Artıq müharibə olmadığı halda əsgərlər ya intihar edir, ya da silahdan ehtiyatsız davranmaqla özünü öldürür. Əsgərlərin silahdan ehtiyatsız davranma və intihar səbəbləri nə ilə bağlıdır? Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Sonxeber.az-a açıqlama verib:
"Məsələ Müdafiə Nazirliyinin aidiyyəti qurumları ilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən birgə araşdırılır. Bu cür hadisələr ilə bağlı cinayət işi qaldırılır və hər tərəfli hüquqi qiymət verilir. Hesab edirəm ki, məsələ tam detallı araşdırılacaq. İnsan həyatında və hərbidə bu cür hallar baş verir. Hərbi xidmətdə bu halların baş verməsi qaçınılmazdır. İstənilən bir sahədə səhvlər olur. Dünyanın ən ideal ordularında belə bu kimi hallara rast gəlinir".
Hərbi ekspert Tərlan Eyvazovun sözlərinə görə, silahla davranış qaydaları ciddi məsələdir. İstənilən halda əlində silah olan adam təlimatlara diqqət yetirməlidir:
"Silahın götürülməsi, təhvil verilməsi və yerinə qoyulması, istifadə qaydalarına düzgün riayət edilərsə, belə bədbəxt hadisələrin qarşısı alınar. Orduda sayca Müdafiə Nazirliyinin şəxsi heyəti daha çoxdur. Ümumiyətlə orduya 18 yaşı tamam olan və silahla davranmağı bacarmayan çağırışçılar gəlir. Onlar ilə bağlı xüsusi təlimatlar var. 3 ay ərzində həmin çağırışçılar ilə təlimlər keçilir. Təzə gələn çağırışçılar qarovul xidmətinə, nə də silahla istifadə olunan təlimlərə cəlb edilmirlər. Onlara digər idman və silahdan istifadə qaydaları öyrədilir. Burada konkret olaraq silahdan istifadə qaydaları konkret olaraq pozulub. Əsgər özünü öldürürsə bu intihardır. Amma təsadüf nəticəsində silahdan düzgün istifadə edilmədikdə bu hallar baş verir. Komandirlərin, çağırışçıları çağırışa cəlb edən qurumların üzərinə ciddi məsuliyyət düşür".
Qeyd edək ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3074 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr