Meyvə-tərəvəz ixracımız niyə azalıb?

Meyvə-tərəvəz ixracımız niyə azalıb?2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri dörd faiz və ya 16.3 milyon dollar, həcmi isə 7.2 faiz və ya 28.4 min ton azalıb. 2023-ci ilin ilk yeddi ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 139.5 milyon dollar dəyərində 116.9 min ton tomat, 54.5 milyon dollar dəyərində 8 844 ton meşə fındığı, 27.8 milyon dollar dəyərində 35.4 min ton xurma, 23.6 milyon dollar dəyərində 35.4 min ton alma, 20.4 milyon dollar dəyərində 48.2 min ton kartof, 3.3 milyon dollar dəyərində 3 651 ton nar olub.

Statistik rəqəmlərə nəzər saldıqda Azərbaycanın meyvə-tərəvəz ixracı əvvəlki dövrlərdə artan templə inkişaf etsə də, hazırda azalma müşahidə olunur. Azalmanın səbəbləri nədir? Bu sahədə perspektivlərimizi necə inkişaf etdirə bilərik? Meyvə-tərəvəz ixracından əldə etdiyimiz gəlirləri bir milyard dollara qaldırmaq mümkündürmü?

"Kaspi" qəzeti budəfəki yazısında bu və digər suallara cavab axtarıb.

İxrac davam edir

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyevin sözlərinə görə, hazırda meyvə-tərəvəz ixracı barədə konkret fikir bildirmək çətindir. Çünki bundan sonrakı dövr üçün hər şey dəyişə bilər: "Qeyd edilən statistik rəqəmlər müvafiq dövr üçün xeyli yaxşı göstəricilərdir. Amma unutmamalıyıq ki, 2024-cü il hələ bitməyib və ixrac davam edir. İlin sonuna qədər meyvə və tərəvəz məhsulları ixrac olunacaq. Məsələn, gec yetişən almalar, armudlar hələ də yığılmayıb. Onlar bundan sonra yığılacaq və xarici ölkələrə ixrac olunacaq. Kartof da hələ ki, yığılma mərhələsindədir. Digər tərəvəzlər də var ki, onların yığılma dövrü qarşıdadır. Bu səbəbdən, rəqəmlərin artan templə davam edəcəyini söyləyə bilərik".

Sədrin fikrincə, Azərbaycanda kənd təsərrüfatı sahəsi ildən-ilə inkişaf edir. Həmçinin ixrac potensialımız da artırılır: "Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün kifayət qədər perspektiv mövcuddur. Həmçinin statistik rəqəmlərə baxdıqda görürük ki, onlar ildən-ilə daha da artır. Dövlət tərəfindən də bu sahənin inkişafı üçün ciddi tədbirlər görülür. Fermerlərə subsidiyalar, yardımlar edilir. Bu da təbii ki, öz bəhrəsini verir. Daha yeni, müasir bağlar salınır, istixanalar tikilir, həmçinin müasir suvarma sistemlərindən istifadə olunur. Bu da məhsuldarlığın artmasına gətirib çıxarır".

"İxrac həcmi davamlı olaraq enəcək"

İqtisadçı Pərviz Heydərov isə ixracın həcm və gəlir cəhətdən azalması səbəblərindən danışdı: "Ölkəmizdən iyul ayına qədər meyvə-tərəvəz ixracının azalması elə də narahat olunacaq məsələ deyil. Bunu öncədən gözləyirdik. Azalmanın səbəblərindən biri odur ki, Azərbaycanın meyvə-tərəvəz ixracında ən böyük pay sahibi Rusiya istiqamətidir. Rusiya bazarlarındakı vəziyyətlə əlaqədar ixrac dəyərində və həcmində azalma müşahidə edilir. Rusiya-Ukrayna müharibəsinin də burada rolu böyükdür. Əgər müharibə uzun müddət davam edərsə, ölkəmizdən qeyri-neft məhsullarının ixracı azalmaqda davam edəcək. Ümumən ölkə üzrə ixracın həcmi davamlı olaraq enəcək".

Türkiyə, Yaxın Şərq...

P.Heydərovun sözlərinə görə, hazırkı vəziyyət o qədər də ürəkaçan və ümidverici deyil. O səbəbdən bu problemlərdən çıxış yolu axtarılmalıdır: "İxrac sahəsində həm həcm, həm də dəyər cəhətdən rəqəmlərdə artımlar görmək istəyiriksə, mütləq dərəcədə əlavə bazarlara çıxışımızı təmin etməliyik. Əks təqdirdə bu sahədə mövcud geriləmə davam edəcək. Təbii ki, bu da ölkə iqtisadiyyatında qarşıya qoyulan prioritetlərə çatmağımıza əngəl olacaq. Qeyri-neft məhsulları üzrə sadəcə Rusiya bazarından olan asılılığımız gec-tez öz mənfi təsirlərini göstərməli idi. Hazırda da həmin halları müşahidə edirik. O səbəbdən belə hadisələr baş verməmişdən öncə alternativ bazarlar barəsində düşünmək lazım idi".

"Alternativ bazarlarımız yoxdur"

Gəlirlərimizin milyard dollar həddini keçməsi məsələsinə gəldikdə isə iqtisadçı bildirdi ki, real düşünsək, bu, hələlik mümkün deyil: "Səbəbi odur ki, alternativ bazarlarımız yoxdur. Asılı olduğumuz bazar çöküş yaşayır. Rusiya bazarı hazırkı dövrdə məhsul ixracı üçün heç də səmərəli deyil. Meyvə-tərəvəz sahəsində Türkiyə, Yaxın Şərq ölkələri və digər perspektivli bazarlara çıxış imkanlarımız barədə düşünməli və mütləq şəkildə daha da gec olmadan müvafiq addımlar atmalıyıq. Təəssüf ki, indiyə qədər bununla bağlı konkret siyasət tətbiq edilməyib. Düşünürəm ki, bu barədə gecikmişik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 952   Tarix: 08 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr