Bakıdakı ilanlar bu yolla şəhərə gəlibmiş - AÇIQLAMA

Bakıdakı ilanlar bu yolla şəhərə gəlibmiş - AÇIQLAMASon günlər Bakının müxtəlif yerlərində ilanlar görünməyə başlanıb.

Sonxeber.az xəbər verir ki, Modern.az-a danışan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Zoologiya İnstitutun üzvü, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, şəhər mühitində yəni sıx məskunlaşma olan, asfalt döşənmiş yerlərdə ilanların yaşaması üçün əlverişli deyil:

"İlanların yaşaması üçün kol-kos, daş-qaya, təbii və qeyri-təbii sığınacaqlar olmalıdır. Çünki ilanlar gizlin həyat tərzi keçirir. Eyni zamanda burada qidalanma ilə bağlı da məsələ var ki, bu da onların yaşaması üçün əsas şərtlərdəndir. Onlar siçovul, kərtənkələ, qurbağa, quşlar bəzən də digər ilanlarla qidalanırlar. Ona görə də bu kimi heyvanların yaşadıqları yerlərdə məskunlaşırlar. Bu şərait olmayan yerlərdə ilanlar yaşaya bilmir".

Bəs ilanlar şəhərin mərkəzinə haradan gəlib çıxır?

O bildirib ki, bu ilanların şəhərə gəlməsinin bir neçə səbəbi var:

"İlk səbəbi tikinti obyektləridir. Oraya şəhərdən kənar ərazilərdən daş, qum materialları daşınır. Bu daşınan materiallar arasında ilanlar da şəhərə gələ bilirlər. Digər bir yol isə insanların özləridir. Belə ki, insanlar yayda çimərliklərə gedirlər. Bu zaman sahildə yaşayan ilanlar avtomobilin müxtəlif hissələrinə girir və şəhərə qədər gəlib çıxırlar".

T.İsgəndərovun sözlərinə görə, insanlar bu şəhərdə ilan görən zaman təbii ki, çaşqınlıq yaşayırlar:

"Şəhərdə görünən ilanlar ancaq qeyd etdiyim hallarda gəlib çıxa bilərlər. Bunun xaricində şəhərin içərisində ilan yaşamır, çünki onların yaşaması üçün şərait yoxdur. Təsadüfən gəlib çıxanda isə insanlara rast gələcək və məhv ediləcək. Dənizkənarı Bulvar ərazisində də su ilanları görünə bilər. Onlar da gizlənmək yaxud yem axtarmaq üçün sahilə yaxınlaşa bilərlər. Amma sadəcə olaraq sahilə yaxın ərazidə görülürlər.Yəni narahat olmaq üçün hansısa əsas yoxdur. Sadəcə olaraq qeyd etdiyim mövzularda diqqətli olmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1180   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rasim Balayevlə vida mərasimi keçirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edə

30 mart
.

Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq

Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub. -in məlumatına görə, 2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslə

31 mart
.

BDU-nun aparıcı elmi işçisi vəfat etdi (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib. xəbər verir ki, bu barədə BDU məlumat yayıb. Məlumata görə, Zara Məmmədova BDU-nun Kimya fakültəsinin sintez elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi olub. Qeyd edək ki, o, 97 yaşında dünyasını dəyişib

31 mart
.

Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? (VİDEO)

Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir. Qaynarinfo Xəzər TV-yə istinadla xəbər veri

30 mart
.

Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO

Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb. Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə "Parni iz Baku"

31 mart
.

Ordubadda qaya uçqunu oldu (FOTO)

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb. "Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub. Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçalar

31 mart
.

Bu rayonun 15 kəndində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən -ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/1

31 mart
.

Azərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib

"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. IDEA-da

29 mart
.

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir. xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bununla bağlı "Hüquqi şəxslərin dövlət reyestrini

31 mart