Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılır

Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılırAzərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir.

Sonxeber.az xəbər verir ki, bu barədə "The Evening Standard"ın London nəşri material hazırlayıb.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi deyilən zinət əşyalarının böyük qisminin qaytarılması barədə qərar qəbul edib.

Məlumat üçün deyək ki, NCA Zamirə Hacıyevanın Londonun məşhur "Harrods" univermağında qızıl-zinət əşyaları da daxil olmaqla alış-verişə 16 milyon funt sterlinqdən çox məbləğ xərclədiyini üzə çıxardıqdan sonra məsələ ilə bağlı araşdırma açılmışdı.
Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılırNəşrin xəbərinə görə, indi Zamirə Hacıyevanın həmin qızıl-zinət əşyalarını qanuni vəsait hesabına aldığı öz təsdiqini tapdığı üçün onların sahibinə qaytarılacağı rəsmiləşib.
Onu da deyək ki, Zamirə Hacıyeva agentliyin mülklərinə qoymaq istədiyi müsadirə tələbi ilə ötən ay razılaşıb. Buraya onun Naytsbrikdəki 14 milyon funt sterlinq dəyərindəki malikanəsi və Berkşirdəki qolf klubu daxildir.

Məhkəmənin qərarına görə, hər iki əmlak çirkli pulların yuyulması nəticəsində satın alınıb.

Zamirə Hacıyeva isə öz növbəsində müsadirə qərarı ilə razılaşsa da, iddiaları təkzib edib.

Onun ərinin sərvətinin qeyri-qanuni mənbəyi barədə hər hansı məlumatı olub-olmaması barədə isə heç bir nəticə əldə olunmayıb.

Yazıda o da qeyd olunub ki, sözügedən məsələlərlə bağlı işin icrasının bu ay davam etdirilməsi nəzərdə tutulsa da, NCA bu prosesi də açıqlanmayan sövdələşmə əsasında dayandırdığını bəyan edib.
Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılırNəşr aydınlaşdırıb ki, qərarla Hacıyevanın mülklərinin və dəbdəbəli daş-qaşlarının 30 faizlik hissəsi müsadirədən uzaqlaşdırılaraq, onun şəxsi aktivlərinə geri qaytarılacaq.

Sözügedən zinət əşyalarının dəyəri təxminən 10 milyon funt-sterlinqdən artıq qiymətləndirilib.

NCA-nın sərvət dəyərindəki qiymətli zinət əşyaları ilə bağlı bu qərarı araşdırma işlərinin əsas amillərə yönəldiləcəyi ilə əlaqələndirilib.

Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılırBuna baxmayaraq, yerli anti-korrupsiyaçılar qərarı risk kimi gördüklərini dilə gətiriblər.

Qeyd edək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan "McMafia" qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş və qadın olub. O bu ölkədə ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.(qafqazinfo)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1216   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr