Qiymətlər qalxsa da ölkədə internetin keyfiyyəti niyə aşağıdır ? - AÇIQLAMA
Son zamanlarda sosial şəbəkələrdə vətəndaşların internetlə bağlı şikayətləri müşahidə olunur. Vətəndaşlar bildirir ki, internetin qiyməti qalxsa da, keyfiyyəti hətta əvvəlkindən də pisdir. Bəs görəsən buna səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov bildirib ki, internetin keyfiyyətinin aşağı olması adətən modemlə bağlı olur:
"İnternet sürətinin 40 Mb-dən 100 Mb-ə artmasından sonra bu tip şikayətlərin olması təbiidir. Çünki ölkədə birdən-birə yüz faizin üzərində bir limit dəyişikliyi olub. Biz şikayətləri bir çox səbəblərə bölə bilərik. Bu şikayətlərin bəziləri texniki müstəvidə başa düşüləndir, bəziləri isə deyil. Bu səbələrdən biri modemlərin çox köhnə olmasıdır. Onlar 100 Mb interneti dəstəkləmir. Başqa bir səbəb modemlərdə düzgün tənzimləmələrin aparılmamasıdır. Digər bir səbəb isə həqiqətən də bəzi provayderlərin paylayıcılarında problemlərin olmasıdır. Hər bir halda bütün səbəblər texniki problemə əsaslanır".
Elvin Abbasov vurğulayıb ki, yaxşı olar ki, vətəndaşlar internetlərinə texniki müstəvidə baxış keçirsinlər:
"Əgər modemləri interneti dəstəkləmirsə, onu dəyişsinlər. Əgər provayderdə nasazlıq varsa aidiyyatı şəxslər bununla bağlı məlumat versinlər. Bəzi vətəndaşlar da deyir ki, 18 manat internet pulu ödəyəndə sürəti daha yaxşı idi. İndi isə 25 manat ödəyirəm, amma modemin yanından biraz uzaqlaşan kimi internet tutmur. Bunun internetlə heç bir əlaqəsi yoxdur. Bu modemin siqnallarının əhatəsi ilə əlaqəlidir. İnternetin surəti ilə Wi-Fi siqnallarının ötürmə radiusu arasında bir texniki əlaqə yoxdur. Wi-fi siqnalları harda tutursa orda da internet tutacaq. Bütün bu problemlərlə üzləşən vətəndaşlar həm modemlərinə, həm də internetlərinə texniki baxış keçirməlidirlər" .
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1458 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr