Rusiya-Ukrayna müharibəsində YENİ MƏRHƏLƏ: Ərdoğan Putini Krımın qaytarılmasına razı sala bilər? - ŞƏRH
Bildiyimiz kimi, Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb. Kursk vilayətindəki vəziyyətlə bağlı son hesabatında Rusiya Müdafiə Nazirliyi əks-hücum barədə məlumat verməyib. Rəsmi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin bir neçə yaşayış məntəqəsi istiqamətində hücumlarının dəf edilməsindən və Ukrayna Silahlı Qüvvələrinin bir neçə bölməsinin darmadağın edilməsindən söz açılıb.
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildrib ki, Türkiyə Krımın ilhaqını tanımır. Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Son zamanlarda Türkiyə və Rusiya arasında müəyyən məqamlarda yaxın münasibətlər quruldu. Rusiya lideri Vladimir Putin daha əvvəl çıxışlarında bildirmişdi ki, Ukraynanın ələ keçirilən ərazisi Rusiyanın yeni əraziləri hesab olunur. Yəni həmin ərazilər heç bir halda danışıqlar prosesinin mövzusu ola bilməz.
Artıq Rusiya-Ukrayna müharibəsində yeni bir mənzərə formalaşıb. Ukrayna Silahlı Qüvvələri Kurskda xeyli irəliləyiş əldə edib. Ərdoğan Putini Krımın qaytarılmasına razı sala bilər? Krımın qaytarılması ilə Rusiya-Ukrayna müharibəsinin bitməsi mümkündür?
Mövzunu Sonxeber.az-a şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü hər zaman müdafiə edib. Krım və Krım türklərinin taleyi ilə həmişə maraqlanıb. Xüsusilə son illərdə bu istiqamətdə daha ciddi addımlar atılır:
"Rusiya Krımı işğal və ilhaq etdikdən sonra Türkiyənin münasibəti dəyişməyib. Krım beynəlxalq səviyyədə tanınmış ərazidir. Türkiyə Krımı həmişə Ukrayna ərazisi hesab etdiyindən, Ərdoğanın açıqlaması rəsmi Moskva ilə münasibətlərdə ziddiyət yaratmayacaq. Bunu Putin əvvəldən də bilirdi. Ona görə də Türkiyə Prezidentinin bunu bir daha bəyan etməsində yenilik yoxdur. Krımın Ukraynaya qaytarılması məsələsi danışıqlar yolu ilə, xüsusən Türkiyənin bu məsələni Putinlə razılaşdırması bir qədər çətin olacaq. Ola bilər ki, Kursk və Krım dəyişdirilə bilər. Ukrayna Kurskdan, Rusiya isə Krımdan çıxsın. Bu baş verə bilər".
Siyasi şərhçinin sözlərinə görə, bütün hallarda Rusiya Krımı öz ərazisi hesab edir. Bununla bağlı referendum keçirilib. Bu məsələnin danışıqlar yolu ilə həll edilməsi ehtimalı çox azdır. Müharibəyə son qoymaq üçün Krım daxil olmaqla Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir:
"Ukrayna hakimiyətinin başlıca tələbi Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasıdır. Rusiyanın iddia etdiyi ərazilərdə federativ və s. hüquqların verilməsi məsələsini Ukrayna əvvəlcədən bəyan etmişdi və bu baş verə bilərdi. Hesab edirəm ki, Ukrayna Kurska əməliyyat keçirdikdən sonra cəbhədə müəyyən mənəvi üstünlük qazanıb. Bu psixoloji üstünlüyü danışıqlara Rusiya ilə danışıqlara xərcləməz. Perspektivdə Ukraynaya uzaq mənzilli silahların veriləcəyi və bundan istifadə edəcəyi ehtimal olunub. Bu isə müharibənin gedişində ciddi dönüş yarada bilər. Yaxın zamanda danışıqların bərpası, Krımın qaytarılması və müharibənin sonlanması mümkün deyil. Bu bir variantdır və Ərdoğan bu variantdan istifadə etməyə çalışır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə