Təxribatlar DAVAM EDİR: Azərbaycan və Türkiyə Naxçıvan istiqamətində əks-hücum əməliyyatlarına başlayacaq? - ŞƏRH
Xəbər verdiyimiz kimi, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Artıq neçənci dəfədir ki, Ermənistan tərəfi ancaq Naxçıvan istiqamətində atəşkəsi pozur. Vaxt var idi ki, Nikol Paşinyan atəşkəsin pozulması halları ilə bağlı açıqlamalar verirdi. Amma görünən odur ki, mənzərə dəyişib. Bir neçə gün əvvəl sülhdən dəm vuran Paşinyan sərhəddə törədilən təxribatlar haqqında danışmır. Faktiki olaraq, Naxçıvan Türkiyə tərəfindən Qars müqaviləsi ilə qorunur. Eyni zamanda Şuşa bəyənnaməsinə əsasən tərəflərin ərazi bütövlüyünə təklükə yaranarsa, Türkiyə Azərbaycan Ordusu birgə əməliyyat keçirə bilər. Bu baxımdan Naxçıvan istiqamətində hücumlar intensivləşərsə, Ermənistan öz sonunu hazırlamış olacaq.
İndi isə belə bir sual yaranır: Naxçıvanda təxribatlar davam edərsə, Türkiyə və Azərbaycan Ordusu əks-hücum əməliyyatına keçə bilər?
Mövzunu Sonxeber.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Naxçıvanda istiqamətində atəşkəs ilk dəfə pozulmur.
"Son vaxtlar atəşkəsin pozulması statistikasına baxsaq Naxçıvan istiqamətində dəfələrlə atəşkəs rejimi pozulub. Hər hansı bir problem yoxdur. Bunu belə bir böyük problemə çevirməyin tərəfdarı deyiləm. Çünki sentyabr ayıdır. Ermənistanı bəzi maraqlı qüvvələr sifarişlər verirlər ki, atəşkəsi pozsunlar. Bəzi dövlətlər Azərbaycana özlərinin ərazisini danışıqlar üçün platforma kimi təqdim etməyə çalışır. Hesab edirəm ki, burada nə Şuşa bəyannaməsinin, nə də Türkiyə Ordusunun dəstəyinə yoxdur".
Ekspertin sözlərinə görə, Azərbaycan Türkiyə və Gürcüstan ilə növbəti dönəm üçün sənəd imzalayıb. Bu sənəd bölgədə dayanıqlı sülhün təmin edilməsi ilə bağlıdır:
"Bu baxımdan nə Türkiyə-Azərbaycan birgə əks-hücum əməliyyatı keçiriləcək, nə də Naxçıvan üçün hər hansı bir təhlükə var. Naxçıvan üçün heç vaxt təhlükə olmayacaq. Çünki ən kritik dönəmlərdə- 2020- ci ildə bu təhlükə baş verməsi. İndiki məqamda Ermənistan gücsüz bir vəziyətdədir. Onlar belə bir riskli yol atmayacaqlar. Bir sözlə ərazi bütövlüyümüzlə bağlı hər hansı bir təhlükə yoxdur. Sadəcə Ermənistanı qızışdıran müəyyən qüvvələr var. Biz də çalışmalıyıq ki, maksimum təmkinli olaq. Yerdə qalan məsələləri ordumuz tam şəkildə nəzarət altında saxlayır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə