Çox toylarda DAVA DÜŞƏCƏK - Bu hələ harasıdır? – REPLİKA

Çox toylarda DAVA DÜŞƏCƏK - Bu hələ harasıdır? – REPLİKAMüğənnini toya çağırır, sonra da tutub döyür. Nədir məsələ? Fonoqrama ilə oxuyur. Bah... Guya bilmirdiniz ki, toya gələnlərin hamısı fonoqrama ilə oxuyur. Bir günə yarım saatlıq 5 toya gedirlər. Hamısında canlı oxusalar, onlarda boğaz qalar? İndi nə oldu ki, birdən ayılıb, coşdunuz?

Haqq olur sizə! Bizdə kimsə gözünün odu ilə saxladığı balasına toy etməyə hazırlaşanda, öz aləmində gücü çatdığı qədər ən yaxşı müğənni seçmək istəyir. Bəs müğənni seçimində hansı özəlliklərə önəm verir? Əksəriyyəti sosial şəbəkələrdə fake izləyicilərin yaratdığı imicə baxırlar, bir-iki ağzının sözünü belə danışa bilməyən, amma həyasızlığı ilə göz çıxaran, öz adını sənə qoyan, qaraguruh salan jurnalistlərin təriflədiyi mənasız mahnı oxuyançıları od qiymətinə çağırır balasının toy məclisinə. İnanın ki, musiqi təhsili olmayan, ömründə əlinə bircə kitab almayan, amma ən bahalı maşınlarda gəzib, milyonluq villalarda oturanlar toya gəlmək üçün toy sahibinin az qala qabığını soyurlar. Əsl sənətkarlar abır-həyalarına bükülüb qalıblar kənarda. Nə gözləyirdiniz ki? Çağırın da məclisinizə sözün əsl mənasında sənətkar olanları.

Günah bizim camaatdadır. Bizə nə olur, haqq olur! Fonoqramla ulduz olanları toya gətirib yerdən qalxan gənc nəslin də zövqünü korlayırıq. Yalnız sərxoş kişilər üçün atılıb-düşməyə əla şərait yaranır.

İndi həmin məclisdə olan yeniyetmələr, gənclər bizim sənətə can qoyan ifaçılarımızı haradan tanısınlar ki? Onları televiziya çağırmır, diskotekalara dəvət etmirlər (etsələr belə getməzlər-red.), konsertlərini doğru-düzgün təşkil edən nazirliyimiz yoxdur. Bəs bu gəncliyi "niyə gözəl sənətkarlarımızı tanımırsız" deyə qınayaq ki?

Bu məsələdə bir az da biz media əhlinin günahı var. Sənətkarı çağırırsan müsahibəyə uzağı 5 min oxucu tərəfindən axıracan baxılır. Amma bambılı birisi bir minnətlə gəlir Lent.az-ın redaksiyasına və söhbətinin oxunma sayı 150 mini keçir. Buna baxmayaraq, biz həmişə çalışırıq ki, oxunma sayı gətirməsə belə, ən ucqar yerdə qalan teatrlarımızın istedadlı aktyorlarını da, səsi olub efirə çıxmağa "day-dayısı" olmayan sənətkarlarımızı da millətə tanıdaq. Sizin də bir balaca insafınız olsun, tanımaq üçün heç olmasa nələrsə edin də...

Deməli belə, bu cür getsə, hələ çox toylarda dava düşəcək. Məndən demək. (Lent.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1640   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr