Gələn ay sərhədimizin yaxınlığında qarşıdurma olacaq - Hansı ölkə parçalanacaq?

Gələn ay sərhədimizin yaxınlığında qarşıdurma olacaq - Hansı ölkə parçalanacaq?Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri bu ölkənin parçalanması təhlükəsini yaradıb. "Gürcü arzusu" partiyasının rəqibləri hesab edir ki, iqtidar hakimiyyəti qazanmaq üçün hər şeyi edəcək, hətta zorakılığa əl atacaq. Lakin bunun Qərbdən uzaqlaşan və müstəqil xarici siyasət yürütməyə çalışan hakimiyyətə qarşı öncədən anti-rəyin yaradılmasına hesablanmış iddialar olduğu da istisna edilməməlidir.

Publika.az xəbər verir ki, artıq Qərbdə Gürcüstanı öz orbitində saxlamağın yolları axtarılır.

"Financial Times" (FT) nəşrinin "Qərb liderləri Gürcüstanda genişmiqyaslı böhran olacağı təqdirdə plan hazırlamalıdır" qeydi də bundan xəbər verir.

"Tbilisidə atmosfer gərgindir. Bəzilərinə görə bu vəziyyət 2012-ci ili – İvanişvilinin Saakaşvilini məğlub etdiyi seçkini xatırladır. Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanda ciddi demokratikləşmə olsa da, təhlükəsizlik problemləri yarandı. Nəticədə Rusiya 2008-ci il müharibəsinə başlayaraq, Gürcüstana müdaxilə etdi. İndi eyni ssenarilərin bu və ya digər formada İvanişvili dövründə təhkrarlanması riskləri var. Bu yaz on minlərlə QHT "xarici agentlər" haqqında qanuna etiraz olaraq küçəyə çıxsa da, hökumət qanunu qəbul etdi. Bununla yanaşı, LGBT təbliğatına qarşı qanunların sərtləşməsi də faciəli vəziyyət yaradıb", - nəşr yazır.

Nəşr qeyd edir ki, Gürcüstan müxalifəti seçkidə qalib gələcəklərinə ümid edir: "Lakin səsvermə təkcə Tbilisidə keçirilsəydi, bu, belə olardı. Bölgələrdə vəziyyət fərqlidir. Misal üçün, Türkiyə ilə sərhəddə yerləşən kiçik Axalsix şəhərində yerli sakinlər hakim partiyanı dəstəkləyir".

FT seçki dövründə Gürcüstanda bir neçə ssenari proqnozlaşdırır.

"Birincisi, "Gürcü arzusu" qalib gələrsə, siyasi oriyentasiyası Qərbdən daha da uzaqlaşacaq.
İkincisi, "Gürcü arzusu" məğlub olarsa, hakimiyyəti saxlamaq üçün müxtəlif variantlara əl ata bilər.
Üçüncüsü, Qərb "Tbilisi Maydanı" təşkil edə bilər, lakin bu, daha çox Rusiyanın iddiasıdır", - nəşr qeyd edir və əlavə edir ki, oktaybr seçkiləri Gürcüstanda siyasi-sosioloji parçalanmanı dərinləşdirəcək.

Tbilisidə baş verənlər Azərbaycan üçün də xüsusilə əhəmiyyətlidir. Təkcə ona görə yox ki, bu ölkə ilə qonşuyuq, həm də Gürcüstan seçkilərinin nəticələri Cənubi Qafqazda qüvvələr balansını müəyyənləşdirə bilər. "Gürcü arzusu" qalib gələrsə, Qərb bölgədə ciddi təsir itkisi ilə üzləşəcək, yaxud itirmək perspekti ilə üz-üzə qalacaq. Bu halda Tbilisidə "rəngli inqilab" ssenarisinin təkrarlanması gündəmə gələ bilər. Buna paralel olaraq, "Gürcü arzusu" da hakimiyyəti qorumaq və müstəqil xarici siyasi kursu davam etdirmək üçün əlindən gələni etməyə çalışacaq ki, nəticədə qarşıdurma dərinləşə bilər. Baş verənlər oktyabr ayında Azərbaycanın qonşuluğunda ciddi qarşıdurmaların yaşanacağından xəbər verir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1325   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr