"Yeraz"-naxçıvanlı mövzusu böyüyür - Bu söz bəs edir ki...
"Xeyli vaxtdır verilən bir suala cavab vermək istəyirəm. Doğrudanmı yalnız Qərbi azərbaycanlılar irəli çəkilir və bu mövzu cəmiyyətə lazımdırmı? Azərbaycanı regionlara bölmək ölkəmiz üçün çox ziyanlıdır və Qərbi azərbaycanlılarla bağlı məsələnin sosial şəbəkə gündəminə salınması yolverilməzdir. Bizim hamımızın bir adımız var: azərbaycanlı. Bu söz bəs edir ki, bir-birimizə sahib çıxaq və dəstək olaq".
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı son günlər gündəmə gələn "yeraz"-naxçıvanlı mövzusuna münasibət bildirərkən deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcması yaranıb və bu, tarixi bir hadisədir:
"Bu İcmanın qarşısında böyük bir tarixi missiya da dayanır. Bu tarixi missiyanı Azərbaycan həyata keçirəcək, amma onun ən hərəkətverici və görünən hissəsi Qərbi azərbaycanlılar olacaq. Qərbi Azərbaycan İcması yaranandan Qərbi azərbaycanlılar daha çox göz önündə olmağa başlayıb və bu təbii hal deyilmi? Axı dövlət adına onların qarşısına vacib vəzifə və missiya qoyulub".
Partiya sədri "Azad Vətən" partiyasının sədri Akif Nağının sözlərinə də münasibət bildirib:
"Onun fikirlərində ciddi qüsur var idi, özü də bunu etiraf edib və emosianal vəziyyətinə bağlayıb. İstənilən halda siyasətçi fikir və ifadələrini gərək yüz ölçüb, bir biçsin. Çünki onların dedikləri ilə adi vətəndaşın dedikləri arasında böyük fərq var. Biz siyasətçilər ölkəni parçalamaq, bölmək, insanların doğum yeri və digər anlayışlara görə təsnifatlaşdırmaq yox, bütövlük, birlik və gələcəyə ümid yaratmaq üçün çalışmalıyıq. 1948-ci ildən bəri 720 min azərbaycanlı Ermənistandan qovulub və didərgin salınıb. O zamandan bəri az qala iki nəsil dəyişib və onların ümumi sayı 2 milyon nəfəri çoxdan ötüb. Onlar artıq yaşadıqları şəhərlərin, rayonların, kəndlərin mədəniyyətini, yeməyini əxz edib, qohum olub, qaynayıb-qarışıb. Onlar hamısı azərbaycanlılardır, biz də azərbaycanlıyıq".
Razi Nurullayev hesab edir ki, Qərbi azərbaycanlılar təhsilə, elmə, siyasətə çox maraq göstərir və bu tənqid yox, təqdir olunası haldır:
"Müşahidəmə görə onların böyük əksəriyyəti ali təhsil almağı məqsəd kimi qarşılarına qoyur və müxtəlif elm və təhsil müəssisələrində çalışırlar. Mən bunu gözəl hal kimi qiymətləndirir və bütün azərbaycanlıları harada yaşayıb-yaşamamasından asılı olmayaraq elmə, təhsilə və texnoloji inkişafa ən vacib məsələ kimi yanaşmağa dəvət edirəm. Biz hamımız bir ölkənin hüdudlarında yaşayırıq - biz hamımız azərbaycanlıyıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1515 Tarix: 13 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr