QADIN "OLİQARXLARIMIZ"… – Və xaricə daşınan talan olunmuş sərvətimiz

QADIN "OLİQARXLARIMIZ"… – Və xaricə daşınan talan olunmuş sərvətimizBu günlərdə mətbuatda dərc edilən məlumata görə, uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olmuş, hazırda isə yenidən deputat edilən Hicran Hüseynova uzaq Fransada, dəniz sahilində istirahət kompleksi tikdirir. Xəbərdə deyilir ki, H.Hüseynova və bacısı dəniz sahilindəki 5 milyon avroluq villanı sökdürərək, yerində öz yeni obyektini inşa etdirir.

Xəbərin yayılmasından bir həftəyə yaxın vaxt keçsə də, məmur-deputat xanım Hüseynova onu nə təsdiq, nə də təkzib edir. Susur. Azərbaycanda isə susmaq təkcə razılıq deyil, həm də saymazlıq, arxayınlıq, özündənrazılıq əlamətidir ki, bunun da tez-tez bizim bir çox "toxunulmaz" iri məmurlarımızın, nazirlərimizin, deputatlarımızın ifasında müşahidə edirik.

O da sirr deyil ki, bu adamları cəmiyyət, dövlət qarşısında hesabat vermək məsuliyyətindən azad edən hökumətdəki mövqeləri, əlaqələri və bütün bunların sayəsində topladıqları sərvət, var-dövlətdir…

Azərbaycanda sanballı varidat sahibi, hətta bəzilərinin "oliqarx" adlandırdıqları (əslində, oliqarx termini daha geniş mənaya malikdir) zərif cinsin nümayəndələri az deyil. Onları birləşdirən ümumi cəhət nadir hallarda özlərinin, əksər hallarda isə ərlərinin yüksək, gəlirli vəzifə sahibləri olması, onlar üçün büdcə vəsaitlərinin, ölkə sərvətlərinin əlçatanlığıdır…

Bu günlərdə Azərbaycanın pullarının talanması üzrə "ulduz" simalardan biri – Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın da ətrafında həm yerli, həm də xarici mətbuatda müxtəlif məlumatlar dolaşır. Britaniya məhkəməsi gah onun on milyonlarla dollarlıq əmlaklarını, bank hesablarını, qızıl-zinət əşyalarını müsadirə edir, gah qızıllarını qaytarır, gah qaytarmır, gah o məhkəmə-bu məhkəmə süründürür və sair.

Ortalıqda uçuşan on milyonlar, yüz milyonlar isə Azərbaycanın, sosial müavinətə möhtac qoyulan Azərbaycan vətəndaşının boğazından kəsilən, oğurlanan, talanan sərvətləridir.

Daha bir "oliqarx" xanım AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Əsgərova sayıla bilər. Rəsmən iş adamı hesab edilən, "Gazelli Group"-un sahibi, "Caspian Energy Club"ın İdarə Heyətinin üzvü və s. adlar daşıyan Z.Əsgərovanın 100 milyonlarla hesablanan kapitalının əsasını ərinin "qazandığı" pulların təşkil etdiyi çətin ki, kimdəsə şübhə doğurur.

Həmçinin, bu ailənin şirkətlərinin Gürcüstanda və digər xarici ölkələrdə tikintidən tutmuş bir çox digər sahələrə on milyonlar, yüz milyonlarla pul yatırdığına dair dəfələrlə məlumatlar yayılıb, sənədlər, sübutlar təqdim olunub.

Yaxud, olsun Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın "biznesi". Rusiyada onun adına "Arizarum Qrup" adlı şirkət yaradılıb. Eyni zamanda da Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olan bu xanımın Rusiyadakı böyük biznesi necə idarə etdiyi "heyrət doğurur".

3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin "Kapriz" adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan "Arizarum Qrup"-un balansında olub. Həmçinin, ailənin Rusiya paytaxtında, Türkiyədə, Böyük Britaniyada, Almaniyada və s. ölkələrdə hər biri on milyonlarla ölçülən mülkləri, biznesləri barədə məlumatlar var.

Müvafiq dövlət qurumlarından heç kim yuxarıda sadaladığımız və sadalamadığımız bu cür "işgüzar" ailələrdən malik olduqları yüz milyonların mənbəyini soruşmayıb, onlara "gözün üstə qaşın var" deyən olmayıb – sanki belə də olmalı imiş…

İlkin kapitalı, "mayası" məmur ərlərinin bu millətdən taladığı pullar hesabına formalaşan "business women"-lərin siyahısını uzatdıqca uzatmaq olar. Bunları birləşdirən əsas amillərdən biri də ərlərinin, bəzi hallarda isə özlərinin(Hicran Hüseynova kimi-red.) burada "qazandıqları"nı xaricə daşımalarıdır. Bir sözlə, kişili-arvadlı – daşıyan-daşıyanadır…

Görünən həm də odur ki, iş pula, talançılığa, acgözlüyə, haramçılığa, tamahkarlığa gələndə bəzi xanımlarımız kişilərdən geri qalmır, hətta onları üstələyir...

Əlbəttə, hər bir ölkədə qadın iş adamlarının, milyonçuların olması yaxşı haldır. Bu, həmin cəmiyyətlərin inkişafından, müasirləşməsindən, hətta çiçəklənməsindən xəbər verir. Amma nə yazıq ki, bizim qadın milyonçularımız, "business women"-lərimiz də bu ölkədəki bir çox adlar, statuslar kimi süni və saxtadır…

Yəqin ki, nə vaxtsa Azərbaycanda da real, halal iş adamı olan qadınlar yetişəcək(Bəlkə də hazırda tək-tük də olsa belələri var). Ancaq bu, yalnız gerçək, monopoliyasız, məmur biznesinin at oynatmadığı, rüşvətsiz, azad bazar iqtisadiyyatı, normal gömrük-vergi sistemi, əlçatan bank sektoru, ədalətli məhkəmə, şəffaf hüquq-mühafizə sistemi və s. olanda olacaq. Azərbaycanda isə bütün bunları nə zaman görəcəyimizi nəinki siyasətçilər, ictimai xadimlər, iqtisadçılar, digər mütəxəssislər və sair, hətta bəzi xanımlarımızın tez-tez baş çəkdiyi falçılar da bilmir…"AzPolitika.info"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1587   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr