İdeal Kredit BOKT vətəndaşı təhdid edib? - "Qızıl saatını satacağıq..."
İdeal Kredit BOKT – Bank Olmayan Kredit Təşkilatından kredit götürən vətəndaş Vüsal Vəliyev təhqirlərə və təhdidlərə məruz qaldığını iddia edib.
O, Pravda.az-a ünvanladığı şikayətdə bildirib ki, "İdeal Kredit"ə qızıl girov qoyub və əvəzində 2 min manat civarında kredit götürüb: "Hər ayın 29-da ödəniş tarixidir. Krediti götürərkən məndən yaxınlarımın nömrəsini də istədilər. Mən də verdim. Avqustun 29-da müəyyən səbəblərə görə kredit borcumu ödəyə bilmədim. Bir gün sonra mənə bir dəfə zəng etdilər. Xəstə idim, telefona cavab verə bilməmişəm. Təşkilatın işçisi Orxan Məmmədov adlı şəxs iki bacıma da zəng edib, onlarla kobud danışıb. Soruşub ki, Vüsal haradadır, niyə telefona cavab vermir, girov qoyduğu qızıl saatını satacağam. Şənbə-bazar iş günü olmadığı üçün bazar ertəsi pulu ödəyəcəkdim. Mən ödəyənə qədər yenə zəng etdilər, geridönüş etdim. Mənim zəngimi açan kimi Orxan Məmmədov "telefonu niyə açmırsan, niyə kreditini ödəmirsən, ə?" deyə müraciət etdi. Mən də dedim ki, bu necə danışıqdır, siz heç məni tanımırsınız. Dedi ki, yaxşı edirəm, bizə qız, gəlin nömrəsi vermisən, özün isə qaçıb gizlənirsən. Təbii ki, səbirlə cavab verdim. Dedim ki, gecikməm varsa, faiz gəlsin, yaxud müqavilə əsasında məhkəməyə verilsin, girovum müsadirə olunsun, mən müştəriyəm, belə danışmağa sizə kim ixtiyar verir? Dedi ki, mən ixtiyar sahibiyəm. Sonra nalayiq ifadələr işlətməyə başladı. Ona aidiyyəti qurumlara şikayət edəcəyimi bildirdim. Dedi ki, get ürəyin hara istəyirsə, şikayət et. Yenidən etik normalardan kənar danışmağa başladı. Səs yazıları da məndədir. Bacılarımın nömrəsini özləri məndən istəyiblər. Dedim, yəqin, bilə-bilə istəmisiniz ki, sonradan təhdid edəsiniz. Yəni cümə axşamı ödəniş etməli idim, bazar ertəsi etmişəm. 102 xidmətinə də zəng edib, şikayət etmişəm. Təşkilatın rəhbərliyinə də şikayət etdim, mənə dedilər ki, həmin əməkdaşı işdən azad edəcəklər".
Pravda.az İdeal Kredit BOKT-la əlaqə saxlayıb.
Məlumat veriləcəyi deyilsə də, əlaqə saxlanılmayıb. Daha sonra şirkət V.Vəliyevi görüşə dəvət edib və görüş zamanı Samir adlı şəxs saytımızla əlaqə saxlayaraq Orxan Məmmədovun işdən çıxarıldığı məlumatını verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 998 Tarix: 13 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr