Bakıda aeroportdan adam OĞURLUĞU - Cinayətin TƏFƏRRÜATI

Bakıda aeroportdan adam OĞURLUĞU - Cinayətin TƏFƏRRÜATIÖtən il Bakıda baş vermiş adam oğurluğu cinayəti ilə bağlı təfərrüat bəlli olub.

"Qafqazinfo"nun məlumatına görə, cinayət işində həm təqsirləndirilənlər, həm də zərərçəkənlər pakistanlılar olublar.

Belə ki, Pakistan vətəndaşları - Abbas Muhammad İbraheem Muhammad, Muzammil Muhammad Boota Muhammad və Mukhtar Mohsin Ahmad Mukhtar qruplaşma təşkil edərək həmyerlilərini oğurlayıblar.

Onlar turist qismində Azərbaycana səfər edən Khushnam Ali Muhammad, Shahzad Ali və onun qardaş oğlunu Riaz Avanı qaçırıblar.

Plana əsasən, ötən ilin aprelində Mukhtar Mohsin Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək təyyarədən düşən zərərçəkmişləri gözləyib. Çıxış qapısına isə birinci Shahzad Ali çıxıb. Bu zaman Mukhtar Mohsin ona yaxınlaşaraq kömək etmək istəyirmiş kimi görünüb. O, əvvəlcədən sifariş verdiyi hotelə çatdırmaq adı ilə Shahzad Alini aldadıb. Daha sonra özünün sifariş verdiyi taksiyə əyləşərək qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindəki evə gəlib. Qrup üzvləri burada Shahzad Alini döyərək onun əl və ayaqlarını bağlayıblar.

Zərərçəkmişin digər yaxınlarını oğurlamaq üçün isə onlara zəng ediblər. Bu zaman kağız kəsən bıçağı Shahzad Alinin boğazına dirəyən cinayətkarlar, digərlərini də evə çağıraraq onların da əl və ayaqlarını bağlayıblar.

Cinayətkarlar daha sonra oğurlanmış şəxslərin yaxınına zəng edərək 20 min dollar tələb ediblər. Bu pul Pakistanda cinayətkar qruplaşmaya yaxın olan naməlum şəxsə verilib.

Pulu əldə etmələrinə baxmayaraq, girov saxlanılan şəxslər azad edilməyiblər. Maraqlıdır ki, zərərçəkmişlər cinayətkarların əlindən özləri xilas olublar. Belə ki, Khushnam Ali və Shahzad Ali qrup üzvlərinin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək əl və ayaqlarını kəndirdən azad edib və mənzilin pəncərəsindən çıxaraq qonşu mənzilə keçərək xilas olublar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin məhkəməsi ötən ay başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qruplaşma üzvlərinin hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1822   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr