Azərbaycanda qızılca HƏYƏCANI - Məktəblər açılandan sonra...

Azərbaycanda qızılca HƏYƏCANI - Məktəblər açılandan sonra...Həkimlər qeyd edir ki, virus infeksiyaları bu mövsümdə daha çox yayılır

Bir neçə gündən sonra Azərbaycanda yeni tədris ili başlayacaq. Məktəblərin açılması ilə uşaqların bir-biri ilə daha sıx təmasda olması və havaların tədricən soyuması bir sıra infeksion xəstəliklərin yayılma riskini təzədən dündəmə gətirəcək.

Bəs payızda hansı virus və ya mikrob xəstəlikləri özünü göstərə bilər? Ölkədə qızılca təhlükəsini sovuşmuş hesab etmək olarmı? Valideynlər nəyə diqqət etməli?

Azərbaycanda son günlər müxtəlif infeksion xəstəliklər yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.

İnsanlarda arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun axması, bəzən isə ürəkbulanma, qusma kimi hallar bu infeksiyaların əlamətidir, baş infeksionist Təyyar Eyvazov bildirib. Mütəxəssis deyib ki, belə infeksiyalar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Onlar hava-damcı və təmasla daha çox yayılır. Xəstəlik, əsasən yüngül və fəsadsız keçsə də, nazirlik infeksiyaya yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Qurum təmsilçisi bildirir ki, xəstəliyin əlamətlərini hiss edənlər vaxtında həkimə getsinlər.

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "Həmişə olduğu kimi payız aylarında həm havanın kəskin dəyişməsi, həm də uşaqların bir-birilə sıx təmasda olması bir sıra xəstəliklərin yayılmasına səbəb ola bilər. Ən çox gözlədiyimiz respirator viruslarının baş qaldırmasıdır. Sıx təması aradan qaldıra bilmərik, çünki hamı məktəbdə olmalıdır. Valideynlər mütləq uşaqlarını havaya uyğun geyindirməlidirlər. Hətta mən təklif verərdim ki, hava yaxşı olsa belə bir az qalın paltar özləri ilə götürməlidirlər ki, hava dəyişəndə onu geyinə bilsin. Məktəb uşaqların immunitetinə təsir edən hadisədir, xəstəliklərə müqavimət azalır. Ona görə uşaqların qidalanmasına ciddi fikir vermək lazımdır. Menyuda ən çox tərəvəzlər və ət yeməkləri olmaladır. Yaxşı olar ki, şirniyyat kəskin azaldılsın. Yeməklər evdə hazırlanmalıdır. Bir də vacib məsələ, səhər tezdən uşaq mütləq yemək yeməlidir. Beyin ac qalmamalıdır. Boş mədə ilə məktəbə gedən uşağın qavramasında mütləq problem olur. Həm də ac uşaq mütləq zəif olur, bədənin müqaviməti olmur".

Pediatr əlavə edib ki, qızılcaya yoluxma xeyli azalıb: "Amma ölkədə kifayət qədər peyvənd olunmayan uşaq var. O epidemiya da bizə açıq dərs olmadı. Düzdür, ölüm hadisələri olanda bir az peyvəndə axın oldu, maraq artdı. Bununla belə peyvəndsiz uşaqlar kifayət qədərdir. Valideynlərə məsləhət görərdim ki, heç olmasa qızılcaya görə uşaqlarına peyvənd etdirsinlər. Göyöskürək yenə də var, əvvəlki kimi çox olmasa da. Bu kimi yoluxucu xəstəliklərin məktəb vaxtı artması həddən artıq çoxdur".

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov isə deyir ki, məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir: "Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir.

Təəssüf ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir. Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar. Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanması valideyinlərin müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideyinlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, videooyunlara və kompütera ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə, piylənmə və ürək-damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır. Bu məqsədlə, yeniyetmələrə qida hazırlanmasında və yeməklərin seçilməsində iştirak etmək imkanı yaradılmalıdır.

Ailə ilə birgə qida qəbulu sağlam qidalanma vərdişləri yaradır və ailə ilə keçirilən vaxt uşaqlar üçün çox əhəmiyyətlidir. Bu, uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır. Bütün bunlar sağlam qidalanma ideyasını aşılayır və onu həyat tərzinə çevirməyə imkan verir. Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırma isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır

Uşaqların sağlamlığı üçün məsul olan tibb işçiləri tərəfindən şagirdlərin ürək-damar sisteminin normal inkişafına diqqət yetirilməsi, bədən kütlə indeksinin təyin edilməsi, arterial təzyiqin və qanda xolesterinin miqdarının ölçülməsi təmin olunmalıdır.

İmkan verilməlidir ki, uşaqlar müxtəlif fiziki aktivlik növlərini təcrübədən keçirsinlər və seçsinlər".

Həkim əlavə edib ki, məktəblilərin yemək saatı əsasən nahar fasiləsi zamanı olur. Menyuda tərəvəz salatı, təbii meyvə şirəsi, alma və ya mövsümə uyğun meyvələr, həmçinin protein balansı üçün ət, toyuq və balıq ola bilər: "Amma unutmamaq lazımdır ki, uşaqların zehni və fiziki aktivliyini təmin etmək, şagirdin konsentrasiyasının dərsə yönəlməsi üçün səhərlər ac qalmamalı, səhər yeməyi mütləq yeyilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1060   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr