"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışına start verilib

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışına start verilibBakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışına saat 15:00-da start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Qran-prisinin son yarışında pilotlar birincilik uğrunda mübarizəyə başlayıblar.

"Ferrari" komandasının pilotu Şarl Lekler və ikinci nəticə göstərmiş "McLaren"nin sürücüsü Oskar Piastri əsas yarışa ilk yerdən start alıblar.

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu gün başa çatacaq.

13:02

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının qalibi "Trident" komandasının sürücüsü Riçard Versxor mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, finiş xəttini birinci keçən "Trident" komandasının pilotu Riard Versxor mükafatlandırılıb.

Qeyd edək ki, mükafatlandırmadan dərhal sonra "Formula-1" üzrə Azərbaycan Qran-prisinə saat 15:00-da start veriləcək.

13:00

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, gənc pilotların yarışında "Trident" komandasının sürücüsü Riçard Versxor birinci olub. ART GP komandasından Viktor Marten ikinci yerdə qərarlaşıb. İlk üçlüyü "Prema" komandasından Andrea Kimi Antonelli tamamlayıb.

Bakıya çempionatın lideri kimi gəlmiş "Campos" komandasının sürücüsü Ayzek Həcər heç bir xal qazanmayıb, amma onun ən yaxın təqibçisi "Invicta" komandasından Qabriel Bortoleto yarışı 4-cü yerdə başa vurub. Beləliklə, Bakıda lider dəyişikliyi olub - hazırda Bortoleto 7.5 xal fərqlə liderliyə yüksəlib.

Qeyd edək ki, "Formula-1" üzrə əsas yarışa saat 15:00-da start veriləcək.

12:18

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində restart olub.

Oxu.Az xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb, bu səbəbdən yarışda fasilə yaranıb.

Qəza nəticəsində beş pilot - "İnvicta Racing"dən Kuş Maini, "MP Motorsport"dan Oliver Göte, "Campos Racing"dən Xosep Maria Marti, "Van Amersfoort Racing"dən Rafael Villaqomes və "AIX Racing"dən Niels Koolen - mübarizəni dayandırıb. Tras təmizləndikdən sonra yarışa restart verilib.

Qeyd edək ki, "Formula-2" üzrə əsas yarış başa çatdıqdan sonra saat 15:00-da "Formula-1" üzrə əsas yarışa start veriləcək. Yarışın finişindən sonra isə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

11:35

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinə start verilib.

Oxu.Az xəbər verir ki, gənc pilotların əsas yarışı saat 11:35-də başlayıb. İlk sırada sıralama turunda ən yaxşı nəticəni göstərən "Trident" komandasının pilotu Rixard Versxor olub.

Qeyd edək ki, "Formula-2" üzrə əsas yarış başa çatdıqdan sonra saat 15:00-da "Formula-1" üzrə əsas yarışa start veriləcək. Yarışın finişindən sonra Azərbaycan Qran-prisinə yekun vurulacaq.

09:12

Bu gün Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.

Oxu.Az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.

Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.

Bu gün "Formula-2"də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:35-də başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306.049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1704   Tarix: 15 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr