"Babam deyirdi ki, məni öldürsə o öldürəcək" - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı

"Babam deyirdi ki, məni öldürsə o öldürəcək" - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı"Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi. Amma anam istəyirdi ki, babamın sənətini davam etdirim. Uşaq vaxtı kimsə muğam oxuyanda iməkləyə-iməkləyə gedib televizorun qabağında dayanıb baxırmışam. Babam anama deyib ki, bunun çox gözəl musiqi duyumu olacaq. 1993-cü ildə 1 yaş yarımlıq idim. Babamın xəstə illərinə düşmüşəm. Mən də çox ağlağan uşaq idim. Babam deyirmiş ki, məni öldürsə bu uşağın səsi öldürəcək. Hətta babam dünyasını dəyişəndən sonra mənə sual verirdilər ki, babanı kim öldürüb? O vaxt artıq ağlım kəsirdi. Deyirdim ki, babanı mən öldürmüşəm"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.

"Çox təəssüf ki, babamın yolunu sonadək davam etdirmədim. Məni çox həvəsdən saldılar. İncəsənəti başqa cür təsəvvür edirdim. Adı kimi incə sənət olduğunu düşünürdüm. Amma sənətin içinə girdikdə gördüm yox, heç də düşündüyüm qədər incə deyil. Hətta üzümə dedilər ki, bilsələr ki, Hacıbabanın nəvəsisən, səni qabağa getməyə qoymayacaqlar. Amma mən elə bilirdim ki, Hacıbaba Hüseynovun nəvəsi olmaq yaşıl işıqdır. Onu özünə rəqib bilənlər, sənətini gözü götürməyənlər çox idi. Gələcəkdə mənə də mane olacaqdılar" deyə nəvəsi bildirib.

Nəvəsi Hacıbaba Hüseynovun vəsiyyətindən, arzularından da danışıb.

"Babamın evdə 300-dən artıq oxunmamış qəzəli var. Onların kitab halına salınması söhbəti var idi. Babam rəhmətə gedəndə anama iki şeyi vəsiyyət edib. Bir qavalı. Bugünki gündə bizdə qalır. Vəsiyyət edib ki, birdən muzeydən istəyərlər, verməyin. Bir də deyib ki, qəzəllərimi Rafael Hüseynov istəsə verin kitabımı çıxartsın. Biz istəyərdik ki, həmin kitab işıq üzü görsün. Oxunmayan həmin qəzəllər o kitabda çap edilsin. Qəzəllər artıq babam rəhmətə gedəndən Rafael müəllimdədir. Bizim cavanlarımız da bundan bəhrələnər. Gənc xanəndələr var ki, bu gün məndən o qəzəlləri istəyirlər. Kitab çıxmadığı üçün verə bilmirik" deyə sənətkarın nəvəsi deyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1476   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?

Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi

23 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr