Əfqanların sevdiyi, sovet hökumətinin öldürmək istədiyi yapon – Dünyanın danışdığı idmançı indi haradadır?

Əfqanların sevdiyi, sovet hökumətinin öldürmək istədiyi yapon – Dünyanın danışdığı idmançı indi haradadır?İkinci Dünya müharibəsindən kifayət qədər zərərlə çıxan Yaponiya uzun müddət müharibələrdən, silahlardan kənarda qalmaq qərarına gəlir. Bütün qüvvəsini və sərmayəsini iqtisadiyyata, elmə həsr edir. Sonralar əlbəttə, bunun bəhrəsini görür. Qısa müddətdə qitənin ən güclü iqtisadiyyatına malik Çindən bir addım geridə qalaraq, Asiyanın 2-cisi olur.

Yaponiyanın hərb sənayesinə, müharibələrə "marağı" demək olar hələ də oyanmayıb. Zaman-zaman bəzi hərbi təlimlərə qatılsa da, bu, qətiyyən müharibəyə meyldən xəbər vermir.

Bütün bunlara baxmayaraq, Yaponiya çox qədim yaxın və əlbəyaxa döyüş sənəti tarixinə malikdir.

Moderator.az musavat.com-a istinadla yapon döyüş ustası Koşiro Tanakanın Yaponiyadan Əfqanıstana uzanan döyüş yolu haqqında məlumatı təqdim edir.

Tanaka 1940-cı ildə Fukuoka bölgəsində anadan olub. Yapon mentalitetinə uyğun olaraq, erkən yaşlarında döyüş sənətinin sirlərini öyrənməyə başlayıb. Hələ kiçik yaşlarında cüdo, kendo, qılıncoynatma, karate, Kunq-Fu sənətlərinə yiyələnib.

WhatsApp Image 2024-09-16 at 16.05.39 (1).jpeg (46 KB)

Yaxın və əlbəyaxa döyüş sirlərini mənimsəyən Koşiro az sonra tam özünəməxsus yeni bir döyüş idman növü- Hiko Ryu Taijutsu yaradıb.

Tanakanın gənclik illərində Yaponiya artıq müharibələrdən uzaq idi və silahsızlaşdırılmışdı.

Ölkəsində demək olar ki, hərbi xidmət yox idi və buna görə döyüş ustası hərb sənəti ilə tanış olmamışdı. Amma dünyada gedən prosesləri yaxından izləyirdi.

1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması xəbəri Yaponiyaya çatdı. Sovet dövlətini və onun işğalçı siyasətini dəstəkləməyən Koşiro bu dövləti həm də vətəninə qarşı bir təhlükə olaraq görürdü. Yaponiyanın bu işğal məsələsinə müdaxilə etməyəcəyinə əmin olan döyüşçü bu dəfə hərb və odlu silah təlimlərinə qatılır. Artıq hərbçi olduğuna əmin olan Koşiro haqlı tərəf hesab etdiyi Əfqanıstana kömək üçün bu ölkəyə gəlir. Həmin vaxt dövlət səviyyəsində olmasa da, tayfalar, xalqlar kiçik qüvvələrlə də olsa, əfqan xalqına kömək edirdi. Köməyə ən çox təhrik edən amil din idi. Tanaka Əfqanıstanda sovetə qarşı müqavimət hərəkatına qoşulur. Demək olar ki, əfqanlar ilk dəfə bir yapondan kömək təklifi alırlar. Çünki həm Yaponiya müharibədən uzaq idi, həm də əfqan və yapon xalqlarının illərə söykənən dostluq əlaqələri yox idi.

WhatsApp Image 2024-09-16 at 16.05.39.jpeg (23 KB)

Koşiro uzun müddət mücahidlərə əlbəyaxa döyüş təlimləri verir. Onlara cüdo, karate, bir sözlə, ustası olduğu bütün idman növlərini öyrədir. Döyüşlər alovlananda artıq savaş meydanlarına atılır və əhəmiyyətli hərbi əməliyyatlarda iştirak edir.

Artıq yapon döyüşçünün şöhrəti bütün Əfqanıstana yayılır. Əfqanıstan hökuməti sovet işğalını dəstəkləyirdi və Sakit okeandan gələn döyüş ustası artıq hakimiyyəti narahat etməyə başlamışdı. Tanakanı aradan götürmək təkcə sovet qüvvələrinin deyil, həm də əfqan hökumətinin də əsas hədəfinə çevrilmişdi. Buna heç cür müvəffəq ola bilməyən əfqan hökuməti dəfələrlə Tanakanı məhv etdiyini bəyan etsə də, ən qızğın döyüşlərdə yapon əsgər Günəş kimi parlamağa davam edirdi.

Belə bir məqamda məsələyə yapon hökuməti qarışmalı olur. Vətəndaşını dərhal bu fəaliyyətə son qoymağa və ölkəsinə qayıtmağa çağırır. Bu çağırışa əhəmiyyət verməyən döyüşçü yapon hökumətini tənqid edir. O, ölkəsini sovet işğalına qarşı çıxmamaqda və işğalda olan Kuril adalarını azad etməyə cəhd etməməkdə qınayır.

Üstəlik, Yaponiya hökuməti ilə belə gərgin münasibət dönəmində ən azı 6 dəfə Yaponiyaya gedib mücahidlərə yardım gətirir. Onun bu gizli səfərləri mücahidlərdə ruh yüksəkliyi yaradır.

Müharibənin sonlarına doğru cəsur döyüşçü ölkəsinə qayıdır. Artıq onun haqqında sənədli filmlər çəkilməyə başlanılır. Təvəzökarlığını daim qoruyan Koşiro Əfqanıstandakı döyüş yolundan danışarkən bunları deyir: "Bütün əməliyyatlara 2 əl qumbarası ilə qatılmışam. Biri düşməni məhv etmək, biri də ələ keçərsəm, özümü partlatmaq üçün idi".

Yapon döyüşçünün şərəfli döyüş yolu həm də əfqan mücahidlərinin qürur mənbəyinə çevrilir. Dar günlərində köməklərinə gələn, onlara yardım əlini uzadan bu mərd insanı əsla ələ vermədən sağ-salamat vətəninə yola salırlar.

Ən son məlumatlara görə, Koşiro Tanaka həyatdadır və öz ölkəsində əlbəyaxa və yaxın döyüş növlərini öyrətməklə məşğuldur. /Musavat.com/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 966   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr