Daha çox maaş ala bilərik - Azərbaycanda əməkhaqqı ilə bağlı yenilik olacaq?
Saatlıq əməkhaqqı sisteminə keçid çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər.
Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aylıq əməkhaqqı rejimindən saatlıq əməkhaqqına keçid imkanı müzakirə edilib.
"Müzakirələr tamamlandıqdan və bu istiqamətdə mexanizm hazır olduqdan sonra artıq saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər. Saatlıq əməkhaqqının müəyyən üstün tərəfləri var. Çünki bu, əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.
Əsas üstünlüklərindən biri ondan ibarətdir ki, işçinin əməyinin daha düzgün qiymətləndirilməsinə şərait yaradır. Həm də işçi iş saatlarından sonra işləyirsə və ya şənbə, bazar, bayram günlərində işə çıxıbsa, onun əməkhaqqına iş saatına uyğun olaraq vəsait hesablanıb maaşına əlavə edilir.
Bu halda vətəndaşlarımız daha çox əməkhaqqı ala bilər. Bu mexanizm tətbiq olunacağı halda əmək hüquqları da daha yaxşı qoruna bilər. Saatlıq əməkhaqqı, təbii ki, zaman tələb edən bir prosesdir. Bunun üçün mexanizmin tam öyrənilməsi və tətbiq imkanlarının araşdırılması, eyni zamanda, biznes sektorunun prosesə tam hazırlığı önəmlidir.
Ona görə də özəl sektorun bu istiqamətdə imkanları və saatlıq əməkhaqqına keçid potensialı nəzərə alınmalıdır. Azərbaycanda saatlıq əməkhaqqının tətbiqi mümkün ola bilər", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1013 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müştəriyə təslim edəcəyi şirniyyatı qapının önündə açıb yaladı- VİDEO
İstanbulda baş verən qalmaqallı hadisə həm gigiyena, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub. türk mediasına istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən bir kuryer sifariş edilən şirniyyatı çatdırmazdan əvvəl binanın girişində açaraq yalayıb. Hadisə anbaan müştərini
31 mart31 Mart soyqırımından 108 il ötür
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür. xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-da
31 martBDU-nun aparıcı elmi işçisi vəfat etdi (FOTO)
Bakı Dövlət Universitetinin (BDU) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib. xəbər verir ki, bu barədə BDU məlumat yayıb. Məlumata görə, Zara Məmmədova BDU-nun Kimya fakültəsinin sintez elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi olub. Qeyd edək ki, o, 97 yaşında dünyasını dəyişib
31 martBakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə
31 martOrdubadda qaya uçqunu oldu (FOTO)
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb. "Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub. Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçalar
31 mart