Mağazalar bu səbəbdən müştəriyə ƏDV çeklərini QAYTARMIR - AÇIQLAMA
Bir müddətdir mağazalarda ƏDV çeklərinin müştərilərə qaytarılması ilə bağlı problemlər yaşanır. Xüsusilə bu apteklərdə və geyim mağazalarında rast gəlinir. Məhsulların QR kodu "scan" etmək, bəzən isə "fiscal" kodunu oxutmaq mümkün olmur. Digər tərəfdən müştəriyə ƏDV çekləri qaytarılmır. İctimai -iaşə obyektləri niyə bu çekləri müştəriyə verməkdə maraqlı deyil?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, çeklərin müştərilərə verilməməsi isə fərqli məsələdir. Birinci məqam texniki məsələdir. Qəbzi oxunub-oxunmamağından asılı olmayaraq, o avtomatik olaraq sistemə qeydiyyata düşür:
"Qəbz verməkdən yayınma isə həmin təsərrüfat subyektinin vergidən yayınması və nağd ödənişləri almaq istəyindən formalaşır. Pos-terminal yaxud nəzəri kassa aparatlarında ödənişlər olanda dövriyyə şəffaflaşır. Dövriyyəni gizlətmək olmur. Həmin sahibkar məcburdur ki, dövriyyə üçün vergi versin. Həmin sahibkar mikkro sahibkardırsa sadələşmiş verginin dövriyyəsindən çıxıb daha böyük vergi öhdəlikləri çıxa bilir. Burada sırf vergidən yayınma cəhdi var. İkinci məqam isə ödənişi pos-terminal ilə ödəyəndə həmin pulu sahibkar komissiyası ödəyir. Həmin pulun komissiyası sahibkardan tutulur. Təqribən 1.5 faiz dəyərində xərc var".
Ekspertin sözlərinə görə, Sahibkar ödəniş növündən asılı olmayaraq 1.5 faiz pul itirir. Bu da onu vermək istəmir. Sahibkarın xərclərinin bir hissəsi isə nağddır:
"Bankda limit mövcuddur. Fiziki şəxs olan sahibkara 15 min manat, hüquqi şəxs olan sahibkar isə 30 min manat pul nağdlaşdıra bilir. Nağdlaşdırma zamanı əlavə bir faiz sadələşmiş vergi verirlər. Digər tərəfdən bankdan asılı olaraq 0.5-1 faiz nağdlaşdırma komissiyası olur. Sahibkar əlavə xərclər ilə qarşılaşır. Vergidən yayınma halları aşağı düşəndə bu məsələ aradan qaldıracaq. Bütün bu proseslər ilə qiymətlərin artmasına səbəb olacaq. Biz elə düşünməyək ki, biz pul ödədikcə sahibkar öz cibindən verəcək. Bu qiymət artımına səbəb olacaq. Bazarda satılan məhsulun qiyməti ilə mağazada satılan məhsulun qiymətində fərq olur. Bunun əsas səbəbi vergidən yayınmanın olmasıdır. Hökumət "ƏDV geri al" layihəsi ilə vətəndaşı prosesə ona görə cəlb edir ki, vətəndaş özü də bu çeklərin alınmasında maraqlı olsun".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2866 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr