Metrodakı sıxlığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq metroda şiddətli sıxlıq müşahidə olunur. Qatarların gecikməsi, eskalatorlardan yalnız birinin işləməsi bu problemi daha da böyüdür.Bəs görəsən metrodakı sıxlığın aradan qaldırılması üçün hansı addımlar atılmalıdır ?
Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bunun üçün metroya texniki dəstək lazımdır:
"Metrodakı problemlərin həlli üçün metro şəbəkəsini inkişaf etdirmək lazımdır. Yeni qatarlar alınmalıdır. İnterval azalmalıdır ki, insanlar vaxtında və rahat şəkildə hərəkət eləyə bilsinlər. İnsanları metroya həvəsləndirmək üçün bu addımlar mütləq atılmalıdır. Hazırda köhnə qatarlar hələ də istismardadır. Yenilərin alınıb gətirilməsi çox vaxt aparır. Bunlar da təbii ki, müəyyən çətinliklərə səbəb olur. Metroya texniki dəstək mütləq lazımdır. Eskalatorların işləməməsi, digər texniki vasitələrin işlək vəziyyətdə olmaması ciddi problemdir. Vaxtında onları yoxlamaq, qüsurları aradan qaldırmaq lazımdır. Yeni dərs ili başlayır və birdən-birə məlum olur ki, problem var. Bu problemləri aradan qaldırmaq isə xeyli vaxt aparacaq. Bu məsələlərə vaxtında diqqət göstərilməlidir ki, sonradan ciddi problemlərlə üzləşməyək".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 923 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr