Tələbə keçmədiyi təcrübəyə görə PUL ÖDƏMƏLİDİR?

Tələbə keçmədiyi təcrübəyə görə PUL ÖDƏMƏLİDİR?Bakalavr üzrə əyani formada təhsil alan tələbələr 4-cü, qiyabi formada təhsil alan tələbələr isə 5-ci kursun sonunda ixtisas üzrə təcrübə keçirlər.

Burada bir istisna qayda var ki, minimum bir il iş təcrübəsi olan tələbələr təcrübədən azad olmalıdırlar. Ancaq bəzi universitetlər qeyd olunan qaydanı nəzərə almırlar.

Sonxeber.az xəbər verir ki, sözügedən mövzu ilə bağlı Oxu.Az-ın redaksiyasına şikayət daxil olub. Tələbə qeyd edir ki, 15 il iş təcrübəsini əsas götürərək, təcrübədən imtina üçün müraciət edib. Müraciət edən tələbənin sözlərinə görə, ona universitetdən cavab olaraq bildirilib ki, təcrübə keçməli, hətta təcrübədən azad olunsa belə, təcrübə kreditinin ödənişini etməlidir.

Bəs görəsən, keçilməyən, imtina olunan təcrübəyə görə ödəniş edilməsi nə dərəcədə doğrudur?

Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti mövzu ilə bağlı sorğunu belə cavablandırıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə QAYDASI"nın 3.12-ci bəndinə əsasən, tələbənin təhsil aldığı dövrdə ixtisası üzrə əmək fəaliyyəti təhsil müəssisəsi tərəfindən kafedranın (fənn birləşmə komissiyasının) rəyi əsasında bu Qaydanın 3.17.1-ci (ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığının xüsusiyyətlərini və bu Qaydanın tələblərini nəzərə alaraq, təcrübə komissiyalarını yaradır və onların tərkibini təsdiq edir) yarımbəndinə uyğun olaraq yaradılmış təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur".

Təcrübədən azad olunduğu halda keçmədiyi təcrübəyə görə ödəniş tələb edilməsi məsələsinə isə nazirlik bu cavabı verib:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 4.6-cı bəndinə əsasən, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlbolunma ("full time") və ya qismən cəlbolunma ("part time") növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan ("full time") tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan ("part time") tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir".

Əlavə olunub ki, mövcud qanunvericiliyə əsasən, yalnız tədris planında nəzərdə tutulan kreditləri tam toplayan şəxslərə diplom verilə bilər:

"Əgər tələbə kreditlərini tam toplamayıbsa, bu zaman ona diplomun verilməsi mümkün deyil".

Təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı danışarkən qeyd edib ki, universitetlərdə təcrübə məcburi dərslər kimidir:

"Yəni tələbə mütləq həmin təcrübə proqramını keçməlidir. Ola bilsin ki, bir tələbə 35 yaşındadır və uzun illər bakalavr oxuduğu sahə üzrə müxtəlif vəzifələri icra edib, amma yenə də həmin təcrübə keçilməlidir. Çünki bu, universitetin tələbidir. Bu tələb yoxdursa da, olmalıdır. Həmin insanın 15 illik təcrübəsinə universitet nəzarət etməyib, edə də bilməzdi. Ancaq universitet təcrübə proqramına nəzarət edir, mümkün qədər zamanla ayaqlaşan, dövrün tələbinə uyğun səriştələr qazandıran bir iş yerində təcrübə proqramını reallaşdırır".

O vurğulayıb ki, universitet təcrübə təşkil edirsə, tələbələr bunu mütləq dəyərləndirməli və fürsəti əldən verməməlidirlər:

"Tələbənin əvvəlki təcrübələri burada köməkçi rol oynaya bilər. Universitetin təcrübə proqramı tələbənin kreditinin yerini tutmur. Tələbənin əvvəlki iş təcrübələri universitetin nəzarətində qazanılan təcrübələr olmadığından kreditdən azad olunmasına əsas götürülə bilməz.

Tələbə aldığı xidmətlərin qarşılığını ödəməlidir. Lakin universitet almadığı xidmətlərin qarşılığını ondan tələb edə bilməz. Bu addım iqtisadi münasibətlər baxımından düzgün addım olmaz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 724   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr