Bakıya giriş-çıxış bağlanır?
COP-29 sammiti ərəfəsində bəzi rayonlardan Bakıya girişin qadağan olunması ilə bağlı iddialar yayılıb. Sosial mediada və bəzi xəbər portallarında bu mövzu geniş müzakirə edilir. Bildirilir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sammitin problemsiz keçməsi məqsədilə belə məhdudiyyətlər tətbiq oluna bilər.
Bu iddialar isə həm paytaxtda yaşayanlar, həm də rayonlardan gələn vətəndaşlar arasında geniş müzakirə olunur. Rəsmi qurumlar bu mövzuda hələlik hər hansı açıqlama verməsə də, məsələnin aktuallığı getdikcə artır.
Bəs, görəsən, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə COP-29 tədbiri ərəfəsində Bakıya girişə məhdudiyyətlər tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin Vl çağırış deputatı Ceyhun Məmmədov News24.az-a açıqlamasında bildirib ki, COP-29 sammiti ölkəmiz üçün olduqca əhəmiyyətli bir tədbirdir və onun təhlükəsiz keçirilməsi üçün hər bir şey təmin olunacaq:
"Bu kimi məsələlərlə bağlı rəsmi dövlət qurumlarının rəyini gözləməliyik. COP-29 böyük bir mötəbər tədbirdir. Bu ərəfədə ölkəmizə çoxlu qonaqların gəlməsi planlaşdırılır. Onların rahat şəkildə qarşılanıb yola salınması ilə bağlı dövlət qurumları olduqca sıx və ciddi rejimdə işləyəcək. Dövlətimiz bu tədbirə kifayət qədər ciddi hazırlaşıb. Hesab edirəm ki, Bakıya girişin qadağan olunması irəliləyən zamanlarda prosesin gedişatından asılı olacaq".
Deputat qeyd edib ki, əgər COP-29 sammitinin kifayət qədər təhlükəsiz və şəffaf keçirilməsi üçün belə bir qərarın qəbul olunmasına zərurət yaranarsa, bu baş verə bilər. Onun sözlərinə görə, sadəcə bu tədbir zamanı yox, ümumiyyətlə rayonlardan gələn avtomobillərin Bakıya buraxılmasında bəzi məsələlərə baxılmalıdır:
"Bu gün vaktiki olaraq şəhərdə çox sıxlıq var, avtomobil idarə etmək olmur. Rayondan, kənardan gələn avtomobillər üçün böyük bir dayanacağın yaradılması lazımdır. Yəni şəhər daxilində sadəcə metro və avtobuslardan istifadəyə üstünlük verilməlidir. Bakı şəhərində nəqliyyatla bağlı çox ciddi problemlər var. Nəqliyyatla bağlı müəyyən addımlar atılmalıdır".
Ceyhun Məmmədov əlavə edib ki, Bakının nəqliyyat problemi ilə bağlı yaxın zamanlarda addımlar atılmazsa, bu məsələ getdikcə daha da çətinləşəcək. Bu anlamda müyyən yeniliklərə ehtiyac var. Ümid edirik, hazırki sıxlığın aradan qaldırlması üçün geniş layihələr tərtib olunacaq və real addımlar atılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3060 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr