Vüqar Əhməd və Almaxanımla nazirlik arasında nə baş verir? - "Nazirin Mənzərxanıma gücü çatmır"

Vüqar Əhməd və Almaxanımla nazirlik arasında nə baş verir? - "Nazirin Mənzərxanıma gücü çatmır"Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva ilə şair Vüqar Əhməd və qızı, tanınmış müğənni Almaxanım Əhmədli arasında qalmaqal yaşanır.

Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə adıçəkilən şəxslərin Mənzərxanım Nurəliyevanın sektor müdiri kimi fəaliyyətindən narazılığı dayanır.

Vüqar Əhməd hətta bununla bağlı satirik şeir də yazıb. Həmin şeir bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılıb. Lakin sonradan silinib.

Vüqar Əhməd Qaynarinfo-ya açıqlamasında qalmaqalın təfərrüatlarını açıqlayıb.

"Əvvəla, onu deyim ki, mədəniyyət naziri Adil Kərimlinin işinə söz ola bilməz. Necə lazımıdrsa, işləyir. Bu, tərif deyil. Mən nə Əbülfəz Qarayevi, nə də ondan əvvəlki nazirləri tərifləmişəm. Amma həqiqəti demək lazımdır. Adil Kərimli işləyir və mənim ona böyük hörmətim var. Mənzərxanımla bağlı məsələyə gəlincə, ona satirik şeir həsr etdim. Xahiş elədilər ki, həmin şeiri sosial şəbəkədə paylaşma, mən də paylaşmadım. Amma ötən həftə Vurğun Məmmədov həmin şeiri sosial şəbəkə hesabında paylaşıb. Bundan dərhal sonra Mənzərxanım Vurğundan şikayət etdi, şeiri dərhal onun səhifəsindən sildirdi. Vurğun prinsipial adamdır, olanları səhifəsində yazdı. İndi də sənət adamları, ziyalılar onun statusunun altında böyük müzakirə açıb və hər kəs fikrini yazır", deyə Vüqar Əhməd vurğulayıb.

O, Mənzərxanım Nurəliyevanın fəaliyyətinə diqqət çəkərək əlavə edib ki, sektor müdiri Mədəniyyət Nazirliyində monopoliya yaradıb:

"Nazirin də ona gücü çatmır. Mənzərxanım nazirlikdə çoxdan işləyir, 4-5 nazir yola salıb. Musiqidən də başı çıxmır. Kim onun "qılıncı"nın altından keçməsə, dövlət tədbirlərdə iştirakına mane olur. Gərək tədbirlərdə iştirak edənlər onunla razılaşdırıla. Mənzərxanım gənclərə qarşı çox aqressivdir. Artistlərin çoxu ondan qorxur, bu üzdən ona yaltaqlanmağa məcburdurlar. Onun da arxasında adamı var, bu səbəbdən kimsənin ona gücü çatmır, işindən çıxarda da bilmirlər. Bəlkə də həmin adamın adından istifadə edirlər. Nazirin Mənzərxanıma gücü çatmır. Baxdım ki, dözə bilmirəm. Mənim ictimai mövqeyim var. Almaxanıma qarşı da aqressivdir. Bütün istedadlılara qarşı onda qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Kimə "Qran-Pri" verilibsə, ona qarşı aqressivdir. Mənzərxanım bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır. Mən naziri qınamıram, onun Mənzərxanıma gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı".
Ətraflı

Müğənni Almaxanım Əhmədli də Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunda özbaşınalığın hökm sürdüyünü deyib:

"Biz də bu vətənin sənət adamlarıyıq. Ona görə də Mədəniyyət Nazirliyində dövlət tədbirlərinin təşkilli sektorundan gözləntilərimiz var. Mənzərxanım da bu sektorun müdiridir. Xarici və daxili tədbirlərin təşkili, repertuarların seçilməsi, müğənnilərin siyahısının tutulmasına bu sektor nəzarət edir. Onun rəhbərliyi isə müəyyən şübhələrə gətirib çıxardır. Bütün tədbirlərdə eyni adamları görürük. Sanki bunlardan başqa Azərbaycanda müğənni yioxdur. Bərbad bir vəziyyət yaranıb. Nə vaxt bir söz deyirsən, deyir "yuxarıda adamım var, sizin mənə gücünüz yetməz" və s. Bu ölkə yiyəsiz deyil, azad ölkəyik, güclü liderimiz var. Belə yüksək qurumlarda işləyən, lakin gözdən qaçan insanlar var. Onlar qurumların adına ləkə gətirir. Dəfələrlə nazirliyə şikayət etmişəm, hər dəfə səbirli olun deyə gözləməyimi istəyiblər. Nə qədər? Əslində tək deyiləm, bir çox müğənnilər narazıdır, sadəcə aralarında qorxanlar da var. Onlar qorxur ki, danışsalar, yaxud da etiraz etsələr, xanım onlara fəxri ad verməsinə manecilik törədə bilər, yaxud da dövlət tədbirində iştiraklarına qadağa qoya bilər. O, 4-5 nazir yola salıb".

Almaxanım Əhmədli öz istedadına arxayın olduğunu vurğulayıb:

"Dünyanın bir çox ölkəsində solo konsertlər vermişəm. Hanısa dövlət tədbirində oxuyacam deyə kiməsə rüşvət vermək məcburiyyətində deyiləm. Normalda müğənni iştirak etdiyi tədbirin qarşılığında hər hansı məbləğdə qonorar almalıdır. Bu xanım isə tədbirdə iştirak edənlərə "gələcək" vəd edir. Amma bunun üçün də gedib əvvəlcədən onu "görməlisiniz".

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Qaynarinfo-ya iddiaların həqiqətə uyğun olmadığını bildirildi:

"Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 23260   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr