"Bağırov mənə dedi: "Sənin neçə başın var ki, mənim, yoldaş Stalinin mövqeyinə zidd çıxırsan?!.""

"Bağırov mənə dedi: "Sənin neçə başın var ki, mənim, yoldaş Stalinin mövqeyinə zidd çıxırsan?!."""Dedim ki, "yoldaş Bağırov, bizim Basarkeçər camaatı dağlıq və dağətəyi ərazidə yerləşir. 1919-cu ildə daşnaklar onları qırıb-qovan zaman sağ qalan ailələr əsasən Kür-Araz sahillərində yerləşmişdilər. Onlardan çox böyük sayda ailələr xəstəlik, ilan, əqrəb sancmasından qırıldı. Ona görə də xahiş edirəm, imkan dairəsində bizim camaatı dağlıq və dağətəyi rayonlarda yerləşdirin..."
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" kitabının sizlərə təqdim edəcəyimiz "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı" başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir.

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

"...Vəziyyətim günbəgün ağırlaşırdı. Çıxış yolu kimi 1948-ci ilin yanvar ayında Bakıya gedib Bağırovun qəbulunda oldum. O, əvvəlcə məni sərt, soyuq qarşıladı və ilk sözü bunlar oldu:

"Sənin neçə başın var ki, mənim, Arutyunovun, yoldaş Stalinin mövqeyinə zidd çıxırsan?! Nə üçün qoymursan camaat köçüb gəlsin?"

Cavab verdim ki, "yoldaş Bağırov, siz bizim sahibimiz və müdafiəçimizsiniz. Biz hamımız sizin rəhbər olduğunuz Azərbaycanda qul kimi də çalışmağa hazırıq. Ermənistanda yaşayan azərbaycanlılar onların bir çox oğullarını güllədən xilas etməyinizi unutmurlar".

Bağırov maraqlandı ki, necə xilas etmişəm? Mən ona xatırlatdım ki, 1942-ci ildə ordudan gizlənənlər olurdu. Ermənistanda belələrindən 24 nəfər erməni tutuldu. Onları cərimə batalyonuna göndərdilər. 40 nəfər azərbaycanlı isə Daşkəsən rayonunun Göyyurd meşəsində tutulmuşdu. Onlardan 18 nəfər 18-30 yaşlı cavanı 1942-ci ilin payızında Basarkeçər rayon mərkəzinin kolxoz bazarında rayondan dəvət olunmuş bir neçə nümayəndənin gözü qarşısında günün günorta çağı qol-qola bağlayıb güllələdilər. Qalan 22 nəfərin də yaxın günlərdə güllələnəcəyini elan etdilər. Siz bu hadisəni eşidən kimi həmin 22 azərbaycanlının güllələnməsinin qarşısını almısınız. Nəticədə onları da güllələməkdən azad edib cərimə batalyonuna göndərdilər. Həmin 22 nəfər azərbaycanlı gəncdən 10 nəfəri müharibədən salamat qayıtdı və onların hər birinin hazırda 2-3 uşağı var. İndi bunu eşidib-bilən deyir ki, bu 10 atanı və onların 20-30 övladını Allahdan aşağı yoldaş Bağırov verdi. Bundan sonra nisbətən yumşalmış Bağırov soruşdu:"De görüm, nə istəyirsən?"

Dedim ki, "yoldaş Bağırov, bizim Basarkeçər camaatı dağlıq və dağətəyi ərazidə yerləşir. 1919-cu ildə daşnaklar onları qırıb-qovan zaman sağ qalan ailələr əsasən Kür-Araz sahillərində yerləşmişdilər. Onlardan çox böyük sayda ailələr xəstəlik, ilan, əqrəb sancmasından qırıldı. Ona görə də xahiş edirəm, imkan dairəsində bizim camaatı dağlıq və dağətəyi rayonlarda yerləşdirin. Nə vaxt deyirsiz, o vaxt da köçək gələk. Əgər mənə inanmaq istəyirsinizsə, Xanlarda boş nemes(alman) evləri var. O evləri verin bizə, bir kəndi tez oraya köçürdək".

Bağırov dedi ki, razılıq verirəm, oraya köçürəcəyin kəndin rəhbərlərini yanıma göndər. Sonra mən dedim:

"Yoldaş Bağırov, bizdə bir Qaraqoyun kəndi var. Bu kənd Basarkeçərdən 20 km, Kəlbəcərdən isə cəmi 8 km məsafədə yerləşir. Onların 8 min qoyunu, 1000 baş malı, 150 baş atı var. Mən bu əmlakı necə ermənilərə verim? Qoy onlar da Kəlbəcərə baxsın- o əraziyə tabe olsun. O, bu suala başqa yolla razılıqla cavab verdi.

Beləliklə, Bağırov mənə bir neçə məsləhətlər verib, rayonumuzun köçürülməsinin 1951-1953-cü ilə planlaşdırılmasından razı olduğunu bildirdi.

Basarkeçərə qayıdan kimi rayonda ən böyük azərbaycanlı kəndi olan Zod kəndinin sovet sədri Bala Hacıyev və təşkilat katibi Gürzalı Nəsirovu Bakıya göndərdim. Bağırov da onları qəbul edib həmin kənd sakinlərinin Xanların alman evlərinə köçmələrinə icazə verdi. Azərbaycanlıların Xanlardakı boş alman evlərinə köçüb gələcəklərini bilən Azərbaycanın o vaxtkı daxili işlər nazirinin müavini, sonralar Bağırovla birgə məhkum edilən Xoren Qriqoryan həmin boş alman evlərinə tez-tələsik Ermənistandan erməni gətirib doldurdu. Bunların da bir hissəsi öz qohumları idi. Ən yaxşı evi isə öz xalasına vermişdi. Zod camaatı köçüb-gəlib evlərə doldular. Evlərin bir qisminin Xorenin erməniləri tərəfindən tutulduğunu görüb həmin evləri qaytarmaq üçün bərk hücuma keçdilər. Ermənilərə dedilər ki, bu evləri bizə yoldaş Bağırov verib. Sonda zodlular erməniləri qovub çıxarıb evlərdə özləri yerləşdilər. Xorenin xalasını zəbt etdiyi evdən qovan Bala Hacıyev özü orada yerləşdi. Elə indi də Bala Hacıyev haqlı olaraq ermənilərdən zorla qopardığı həmin evdə yaşayır(söhbət 2008-ci ildən gedir- S.L.).

Ermənilər 1948-ci ildə əməli işə keçdilər; Qarabağlar rayonunu ləğv edib Vedi rayonu ilə birləşdirdilər. Hər iki rayonun azərbaycanlı katibləri və icrakomları vəzifədən kənarlaşdırıldılar. R.Azgeldyan birləşmiş Vedi rayonuna birinci katib, Q.Akopyan isə rayon icraiyyə komitəsinin sədri təyin edildi...

Ermənistanın 7 rayonunda olan 7 ikinci və üçüncü katiblər, 6 rayonda olan icraiyyə komitə sədrləri, mərkəzi aparatlarda işləyən bir neçə azərbaycanlılar bu və ya başqa adlarla işdən kənarlaşdırıldılar. Respublikadakı Azərbaycan dilində olan Pedaqoji, Kənd Təsərrüfatı və Ticarət texnikumları bağlandı...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4474   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr