Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI

Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDIXətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı uşaq evində təhqirə və zorakılığa məruz qalan 13 yaşlı yeniyetmə oradan qaçıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, yeniyetmənin səsləndirdiyi iddialarla bağlı araşdırmalara başlanılıb:

"Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır".

***
Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində müəllimə uşağın ayağını qırıb.

Sonxeber.az xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə müraciət edən və 3 saylı Uşaq Evində böyüyən 13 yaşlı Ramal bildirib.

Uşaq bildirib ki, 8 gündür küçələrdə qalıram:

"Mən əvvəl Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində qalırdım. Mən ordan qaçmışam və oraya qayıtmaq istəmirəm. Orada bizi döyürlər. Hər gün uşaqları döyürlər. Müəllimə tərbiyəçiyə dedi ki, Elvin adlı uşağın ayağın sındırın. Müəllimlər uşaqları cəzalandırmaq üçün onları ikinci mərtəbədəki pencərədən aşağı atırdılar. Uşaqları hər gün söyür, ana-atalarını təhqir edirdilər. Müəllimlər bizə deyirdi ki, siz tərbiyəsiz qadınların uşaqlarısınız. Təhqirlərə dözməyib,ayaqyolunun pencərəsindən tullanıb, qaçdım. Mən bir neçə dəfə oradan qaçmışam. Axşamlar bizə quru çörək verirdi. Məhəmməd adlı uşaq da bizlə qalırdı. O, bizə kömək etmək istədi. 3 saylı Uşaq Evinin direktoru Günay xanımdır. O, da digəri kimi bizə işgəncə verir. Mən ora qayıtmaqdan qorxuram. Orda bizə işgəncə verirlər. Bizi dəhlizdə və ayaqyolunda döyürlər. Çünki orada kamera yoxdur. Otaqda da bizi döyəndə kameradan görüntüləri silirəm.

Mən bura tək özüm üçün deyil, oradakı bütün uşaqlar üçün sizə müraciət edirəm. Bizə verdikləri ətin içindən qurd çıxır. Bizi orda çox incidirlər. Bəzən də müəllimlər ordakı böyük uşaqlara bizi döydürürdülər. Çəkiliş olanda bizi müəllimlər bizi şantaj edirlər ki, döyüldüyümüzü deməyək. Oradan çox uşaq qaçıb. Mənim anamı təhqir edən Samirə adlı müəllimədir. O, hər zaman mənim anamı təhqir edirdi. Məni oraya nənəm qoyub. Mənə orada deyirdilər anam ölüb, atan da xaricə gedir. Təzə direktor Günay da məni kitabxanda döyüb. Məni oraya qaytarsanız müəllimlər və orada öyrədilən böyük uşaqlara məni döydürüb, öldürəcəklər. Məhəmmdə düz danışırdı. Bizə öyrətdilər ki, Məhəmmədin əlehinə danışaq. Bizə deyirdilər ki, həqiqətləri danışsanız sizi çırpacağıq".
Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1198   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr