Abortların qarşısının alınması üçün dövlət müəyyən tədbirlər görməlidir - AÇIQLAMA

Abortların qarşısının alınması üçün dövlət müəyyən tədbirlər görməlidir - AÇIQLAMASon illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb. Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb. Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır. Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib.

Bəs görəsən abortların qarşısını almaq üçün hansı addımlar atılmalıdır ?

Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, abortların qarşısının alınması üçün dövlət müəyyən tədbirlər görməlidir:

"Bu məsələ günü-gündən daha təhlükəli bir hal alır. Dövlət bununla bağlı mütləq şəkildə tədbirlər görməlidir. Abortun hansı halllarda mümkün olub, hansı hallarda qadağan edilməsi ilə bağlı bir qayda tərtib edilməlidir. Bütün tibb müəissiələrinə bununla bağlı göstəriş verilməlidir. Qadınlar maarifləndirilməlidir. Onlara hamiləliyin qarşısını almaq üçün metodlar öyrədilməlidir. Arzuolunmaz hamiləlikdən qorunmaq üçün kifayət qədər çox vasitə var. Bir abortun qiymətinə bir neçə belə vasitəni tətbiq eləmək olar. Bir abort 250-300 manat arasıdır, halbuki bu qiymətə 3 dəfə hamiləlikdən qorunma vasitəsi tətbiq etmək olar. Məsələn uşaqlıqdaxili spirallar qadını 99 faiz hamiləlikdən qoruyur. Uşaqlıqdaxili spiralın qiyməti təxminən 100 manat civarındadır. Bunu qadınlar o qədər də düşünmür. Onların əksəriyyəti üçün aborta getmək daha loyaldır. Məncə sığorta vasitəsi ilə qadınların bir-neçə ildən bir bu kontroseptivlərlə təmin olunması təşkil edilə bilər. Bir uşaqlıqdaxili spiralın bədəndə qalma müddəti 3 və 5 il arasıdır. 3 ildən bir bunu bir qadın sığorta vasitəsi ilə özünə tətbiq etdirə bilər. Düşünürəm ki, bunu sığortaya salmaqla abortun qarşısını almaq olar".

Lalə Mehralı vurğulayıb ki, əgər bir tədbir görülməsə, abortların sayı daha da artacaq:

"Bu isə həm genefondun təhlükəyə girməsi, həm də qadınn sağlamlığının birbaşa hədələnməsi deməkdir. Biz bütün mənəvi tərəfləri kənara qoysaq və məsələyə sadəcə tibbi tərəfdən baxsaq görərik ki, qadın orqanizmi bir abortla olduqca böyük zərər görür. İnsan canına qıymaq bütün hallarda cinayətdir. Bu insan ana bətnində olsa da, doğulmuş olsa da. Ana bətnində bir aylıq döl artıq yaşayan insan deməkdir. Onu abort vasitəsi ana bətnindən vəhşicəsinə xaric eləmək cinayətdir. Bu cinayəti bu gün bütün tibb müəissiələrində törədirlər".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1456   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr