Müəllimlər kommunal xərclərdən azad OLUNA BİLƏRMİ? - AÇIQLAMA

Müəllimlər kommunal xərclərdən azad OLUNA BİLƏRMİ? - AÇIQLAMABu gün müəllimlərin sosial təminatının yaxşılaşdırılması ilə məsələsi daim müzakirə olunan mövzulardandır. Eyni zamanda, məktəbdə kişi müəllimlərinin məktəbdə sayı azalıb. Eyni zamanda müəlimlərə dövlət qulluğu satusu verilməsi məsələsi gündəmə gəlsə də reallaşmır. Çünki ekspertlər bildirir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun göstərilmiş hallar müəllim peşəsi ilə uyğunluq təşkil etmir. Ona görə də müəllimlərə bu statusun verilməsi nə qanunvericiliyə uyğundur, nə də müzakirə olunur.

Bəs müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və kişiləri müəllimliyə cəlb etmək məqsədilə müəllimlər kommunal xidmətlərdən azad oluna bilərmi? Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, müəlimlərin sosial təminatı məsələsi və kişi müəllimlərin məktəb uzaqlaşmasi bir neçə il əvvəldən yaranan problemdir:

"Kişi müəllimlərinin məktəbdən uzaqlaşma səbəbini ortaya qoyan yoxdur. Məktəblərdə əməkhaqqının az olması kişilərin müəllimlikdən uzaqlaşmasına səbəb olub. Bildiyimiz kimi, ailədə aparıcı qüvvədir. Onun qazancı bütün ailə idarə olunur. Elə olur ki, kişi müəllimlərinin həyat yoldaşları işləmir. Onlar tək aldıqları məvacib ilə ailələrini dolandırırlar. Aldıqları əməkhaqqı ailənin gündəlik yaşamını, ehtiyaclarını qarşılaya bilmədiyi üçün məktəblərdən uzaqlaşıblar. Ölkə üzrə çox az məktəblərdə kişi müəllimlər qalıb və sayı azalmaqda davam edir. Müəllimlər ilk növbədə dövlət qulluqçularıdır. Çünki onlar gələcəyin dövlət qulluqçularını yetişdirir. Onlara bu status onlara düşür və verilsə yaxşı olar. Əgər bu status olarsa, onların əməkhaqlarıda qalxacaq".

Ekspertin sözlərinə görə, kommunal xidmətlərin azaldılması isə kişi müəllimlərini məktəbə cəlb edə bilməz:

"Çünki kommunal xidmətlər böyük məbləğ tutmur. Belə olan təqdirdə müəllimlərə dövlət qulluğu statusunun verilməsi ilə gənclərimizin tərbiyəsində böyük irəliləyiş əldə etmiş olarıq. Bu gün məktəblərdə kişi müəllimlərinin olması oğlan uşaqlarının qız kimi böyüməsi ilə nəticələnir. Çünki qadın müəllimlərinin onlara yanaşması başqa cürdür. Uşaqlar o qədər qadın və qızların əhatəsində olurlar ki, oğlan uşaqları axırda özlərini qız kimi aparırlar. Ailədə oğlan uşağı birinci doğulubsa, ondan sonra dünyaya gələn qız müəyyən qədər oğlan xarakterli olur. Əgər tərsinə olursa əks proses baş verir. məktəblərdə müəllimlərin bölgüsü, kişilərin və qadınların sayı yarıbayarı olmalıdır. Burada həm oğlan, həm də qız şagirdlər təhsil alır. Təhsil ilə birlikdə, onların tərbiyə prosesi həyata keçirilir. Ona görə də dövlətimiz yaxın gələcəkdə öz münasibətini bildirəcəkdir. Müəllimlərin əmək haqlarını artırmaqla və dövlət qulluqçusu statusunu verməklə kişi müəllimlərinin maraqlarını artıracaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1178   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr