Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun həbsdəki şəriki Azad Nağıyevin və Valeh Əliyevin ölkə rəhbərliyinə yolladıqları sensasion məktub üzə çıxıb.

Azad Nağıyev həmin məktubu hələ azadlıqda olarkən imzalayıb.

Məktubda hazırda Yasamal Rayon Məhkəməsində araşdırılan, Elman Rüstəmovun adının əsas fiqurant olaraq qarışdığı 5 milyonluq fırıldaq kredit işinin mahiyyəti də tam çılpaqlığı ilə ortaya çıxır.

Elman Rüstəmov şəriklik təklif etdi, 3 milyon 900 min ABŞ dolları kredit ayırdı

Elman Rüstəmovun şərikləri Azad Nağıyevlə Valeh Əliyevin 2018-ci ildə imzaladığı həmin məktubu təqdim edirik:

"Yazıb Sizə məlum edirik ki, 1999-cu ildən etibarən Bakı şəhərində "Super İnşaat" MTK-nı təsis etməklə tikinti fəaliyyəti ilə məşqul olmağa başlamışıq. Şəhərin bir neçə ünvanında yüksək mərtəbəli yaşayış binaları inşa edib sakinlərin istifadəsinə vermişik. 2004-cü ildə Mərkəzi Bankın sədri Elman Rüstəmov tərəfindən bizə şərikli inşaat aparmaq təklifi daxil oldu. Elman Rüstəmov bu məqsədlə müxtəlif vaxtlarda bizə 3 milyon 900 min ABŞ dolları kredit ayırmaq təklif etmişdi.

Elman Rüstəmov 5 milyonluq kreditdən 10 milyon qazanıb, 2 milyon manatlıq mənzil sahəsi alıb!

Biz də öz növbəmizdə Elman Rüstəmovun təklifini qəbul edib, onunla birgə işləməyə başladıq. Birlikdə Bakı şəhəri, Hüseyn Cavid prospektində 3 yaşayış binası inşa etdik. Elman Rüstəmovla razılaşdığımız qaydada kreditlər tərəfimizdən hissə-hissə ödənilirdi. Bütün xərclər çıxıldıqdan sonra ikimizə 3 milyon 200 min ABŞ dolları gəlir qaldı. Həmin məbləğ aramızda bərabər bölündü. Bundan əlavə, Elman Rüstəmov bizdən 3 milyon 100 min ABŞ dolları məbləğini və digər şirkətimiz olan "Aqana Servis" MMC-nin adına inşa edilmiş yaşayış binasından 2 milyon manatlıq mənzil sahəsi aldı. Beləliklə, Elman Rüstəmov məndən cəmi 3 milyon 100 min ABŞ dolları və 2 milyon manatlıq mənzil sahəsi aldı.

Elman Rüstəmov Mərkəzi Bankdan 5 milyonu belə çıxarıb!

Elman Rüstəmov bizdən aldığı pulları qaytarmaq məqsədi ilə 2013-cü ildə bizə Mərkəzi Bankın hesabından 5 milyon manat kredit ayırdı və həmin kreditlərin 1 milyon 500 min manat hissəsini isə xalası oğlu Rəşadın "Silk Way" Banka olan borcunu ödədi. Yerdə qalan məbləğin 3 milyon 500 min manat hissəsini bizə girov müqabilində versə də, həmin məbləği də onun göstərişi ilə hissə-hissə müxtəlif şəxslərə və dediyi yerlərə vermişik. Hazırda sözügedən kreditlə bağlı bizə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılıb. Elman Rüstəmova dəfələrlə bizim adımıza yazdığı həmin kreditlərin bağlanmasını, mülkiyyət hüququ əsasında həyat yoldaşıma və V.Əliyevə məxsus qeyri-yaşayış sahələrinin girovdan azad edlməsini xahiş etsəm də, xahişlərim heç bir nəticə verməyib.

Elman Rüstəmov etibarımızdan sui-istifadə etdi

Hesab edirəm ki, Elman Rüstəmov bizim etibarımızdan sui-istifadə etməklə, bizim adımıza yazdırdığı kreditləri öz məqsədləri, habelə xalası oğlunun kreditlərini bağlamaq üçün istifadə etməsinə baxmayaraq, həmin kreditlər bizdən, məndən tələb edilir. Bu da bizə və ailəmizə böyük maddi ziyana səbəb olub. Bir neçə dəfə Elman Rüstəmov ilə şəxsən görüşmək istəsəm də, o, hər dəfə müxtəlif bəhanələrlə mənimlə görüşdən imtina edir.

Elman Rüstəmov tərəfindən mənə verilən pulları ikiqat qiymətinə qaytarmışıq!

Məktub müəllifləri Elman Rüstəmovu səlahiyyət həddini aşmaqda, qanunsuz işlərlə məşğul olmaqda ittiham ediblər:

"Bizim kimi iş adamlarını müflis vəziyyətə çatdırdı. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Elman Rüstəmov tərəfindən mənə verilən pullar ikiqat qiymətinə qaytarılıb, ona borcumuz qalmayıb. Elman Rüstəmov öz şəxsi pullarını bizə banklar vasitəsi ilə kredit kimi ayırıb, bununla həm dövləti, həm də bizi aldadıb. Hazırda şirkətimizdə 100 nəfərə yaxın işçi çalışır, Elman Rüstəmovun hərəkətləri nəticəsində şirkətimiz tam müflis vəziyyətinə düşüb. Nəticədə 100 ailə işsiz qalıb. Yuxarıda qeyd olunanları nəzərə alıb Sizdən xahiş edirik Elman Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.

Qeyd edək ki, Azad Nağıyev 2013-cü ildə Elman Rüstəmovun göstərişi ilə "Aqana Servis" şirkətinin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsini "Premium Bank"a girov qoymaqla 2 milyon 500 min manat kredit götürüb.

Azad Nağıyevin həbsi girov qoyulan qeyri-yaşayış sahəsi ilə bağlıdır. Deməli, 2010-cu ildə vətəndaş Nizami Kərimov "Aqana Servis" şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev o zaman Elman Rüstəmovun göstərişi ilə həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premium Bank" vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində, olduqca aşağı faizlə kredit götürüb. Azad Nağıyev məhkəməsində də deyib ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyiblər. Azad Nağıyevlə digər şərikinin imzaladığı məktubda da bu məsələ əksini tapıb. Hər bir halda ortada olan odur ki, "Premium Bank" Mərkəzi Bankdan 5,25 faizlə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25 faizlə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib. Girov olaraq isə faktiki olaraq vətəndaş Nizami Kərimova məxsus qeyri-yaşayış sahəhi qoyulub!

Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması" göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat" amorfdur, Azərbaycan Banklarında bu şəkildə kredit almaq qeyri-mümkündür. Bunun üçün Elman Rüstəmov kimi şərikə ehtiyac var. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7 faizə, "Premium Bank" isə 4,7 faizə endirərək müddəti uzadıblar.

Vətəndaş Nizami Kərimov ona məxsus olan və Elman Rüstəmovla şəriklərinin tikinti şirkətindən alınmış qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulduğunu öyrəndikdən sonra məhkəməyə üz tutub.

Məhkəmə araşdırmaları zamanı əmlakın qanunsuz olaraq girov qoyulduğu təsdiqlənib. Məhkəmə Nizami Kərimova məxsus olan, qanunsuz olaraq mənimsənilmiş əmlakın digər şəxsin adından çıxarılması qərarı verib. Bununla belə, "Premium Bank"ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb.

Elman Rüstəmov yaxasını kənar çəkir, şərikini qabağa verməklə onun həbsinə yol açıb. Elman Rüstəmovla şəriklərinin tikinti-kredit maxinasiyalarından xəbərsiz olan vətəndaş Nizami Kərimov isə məhkəmə qapılarında ədalət axtarışındadır.

Eks-baş bankir Elman Rüstəmovun həbsdəki şərikinin məktubunda yer alan məlumatlar faktiki olaraq istintaqa verilən ifadə gücündədir və hüquq-mühafizə orqanlarının araşdırması zərurəti ortalıqdadır./Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1529   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ordubadda qaya uçqunu oldu (FOTO)

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb. "Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub. Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçalar

31 mart
.

Rasim Balayevlə vida mərasimi keçirilir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edə

30 mart
.

Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır. ATV-yə istinadl

29 mart
.

Ehtiram Hüseynovun qızının toyu oldu

Meyxanaçı Ehtiram Hüseynovun qızının toyu olub. Axşam.az xəbər verir ki, sənətçinin övladının evdən gəlin köçərkən çəkilən videosu sosial şəbəkədə yayılıb. Videoda sənətçinin xanımı ilə birlikdə övladına xeyir-dua verməsi əks olunub. Aytac Vüsal adlı bəylə ailə qurub

30 mart
.

Bayramdan qayıdan sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətl

30 mart
.

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama

Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar

30 mart
.

Müştəriyə təslim edəcəyi şirniyyatı qapının önündə açıb yaladı- VİDEO

İstanbulda baş verən qalmaqallı hadisə həm gigiyena, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub. türk mediasına istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən bir kuryer sifariş edilən şirniyyatı çatdırmazdan əvvəl binanın girişində açaraq yalayıb. Hadisə anbaan müştərini

31 mart
.

May ayında 14 gün İŞ OLMAYACAQ

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın

31 mart
.

"1918-ci ildə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bu məlumatların daşıyıcısı olan bir çox ilkin mənbələr məhv edilib"

"Erməni millətçilərinin mifik "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün uzun illər ərzində tətbiq etdikləri zorakılıq və etnik təmizləmə siyasəti Azərbaycan xalqı üçün böyük faciələr doğurmuşdur. Tarixdə ən dəhşətli olaylardan biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləv

31 mart