Maliyyə Nazirliyinin oliqarx məmuru – Pensiya yaşı keçmiş Xəqani Rzayev niyə işində saxlanılır?

Maliyyə Nazirliyinin oliqarx məmuru – Pensiya yaşı keçmiş Xəqani Rzayev niyə işində saxlanılır?Dövlət Aparatının maliyyə şöbəsinin müdiri dövlət pulları hesabına milyonçuya çevrilib

Azərbaycanda məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək ciddi var-dövlət əldə etmələri artıq adi hala çevrilib. Belə məmurlardan biri də hazırda Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri Xaqani Rzayevdir.

Uzun müddət Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri, 2019-cu ildən 2022-ci ilə qədər isə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyən Xaqani Rzayevin həm ölkə daxilində, həmdə xaricdə biznesinin olması barədə ölkə mətbuatında təkzibedilməyən məlumatlar yayılıb.

Hurriyyet.az xəbər verir ki, Maliyyə Nazirliyində "oliqarx məmur" kimi tanınan Xaqani Rzayevin 66 yaşı olmasına baxmayaraq, hələ də ciddi vəzifə sahibidir. Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri ilə bağlı mətbuatda yayılan məlumatlarda bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz Xəqani Rzayevin yaxın adamları olan bir neçə daimi qaliblər var.

Hansı ki, həmin şəxslər müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq bir çox qurumların tenderlərində iştirak edib "qalib" olurlar. Xaqani Rzayevin himayədarlığı nəticəsində daimi tenderleri udan şirkət rəhbərləri sözün həqiqi mənasında dövlət vəsaitlərinin hesabına oliqarxlara çevriliblər.

Bu şirkətlərin əldə etdikləri qazancın bir hissəsini Xaqani Rzayevə şapka kimi verdiklərini isə bilməyən yoxdur. Bildirilir ki, Xaqani Rzayev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə tender şirkətləri ilə yaratdığı gizli anlaşma hələ davam edir.

Dövlətin pulları hesabına milyonçu "oliqarx" məmura çevrilən şöbə müdiri yüksək vəzifəli himayədarlarının sayəsində uzun müddətdir ki, toxunulmaz şəxsə çevrilib.

Milyonçu məmur Xaqani Rzayevin böyük oğlu İslam Rzayev tez-tez Londona səfər edir. Onun 2012-ci ildə Londonda təsis etdiyi IC UNİSTON LTD adlı şirkəti var. Şirkətin hüquqi ünvanı London G-05 Davenport House, 16 Paperstr qeyd edilib. 2023-cü ilin göstəricilərinə görə IC UNİSTON LTD şirkətin 317000 funt strelinq aktivləri var.

İslam Rzyevin bundan başqa Bakı şəhərində bir neçə şirkətə və obyektlərə sahib olduğu deyilir. Digər oğlu Cəbrayıl Rzayev Xarici işlər nazirliyində, qızı Elina Rzayeva isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində işləyir.

Məlumata görə Xaqani Rzayevin övladlarının hər birinin adına çoxlu sayda mülklər mövcuddur. P.S. Xüsusilə qeyd edək ki, Xəqani Rzayevin oğlanları ən son model Maserati və BMW, qızı isə Lexus markalı avtomobillərə sahibdir həmçinin hal-hazırda idarə edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1430   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr