"Kanadalı nazirin bəyanatı qərəzlidir və regionda vəziyyəti yenidən gərginləşdirməyə yönəlib" - DEPUTAT
"Kanadanın xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də Azərbaycana qarşı qərəzli bəyanatı ölkəmizə qarşı başlanılan qarayaxma kampaniyasının tərkib hissədir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, kanadalı nazir bəyanatda ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittihamlar səsləndirir:
"Azərbaycana qarşı başlanılan qarayaxma kampaniyasının tərkib hissəsi olan bu əsassız bəyanat qərəzlidir və regionda vəziyyəti yenidən gərginləşdirməyə, sülh müqaviləsinin imzalanma prosesini ləngitməyə yönəlib. Bu günə qədər Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımlara, vəhşiliklərə səsini çıxarmayan və Azərbaycan torpaqlarının otuz il işğal altında saxlamasına göz yüman Kanadanın ölkəmizə qarşı bu cür əsassız ittihamlar səsləndirməyə haqqı yoxdur. Görünür, Fransa kimi Kanada da Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi qəbulana bilmir. Məhz buna görə də bölgədə yenidən münaqişə yaratmağa çalışır".
Deputat vurğulayıb ki, bu gün humanizm"dən danışan ölkələr və təşkilatlar niyə bu günə qədər Ermənistanın soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərə və soyqırımlara qarşı bu cür səssiz qalıblar:
"Səbəb bəllidir. 30 il ərzində Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə göz yumanlar bu gün Ermənistan üçün səfərbər olublar. Qərb ölkələrin cənubi Qafqazdakı siyasəti və ölkəmizə qarşı ikili standartlarla çıxış etməsi regionda davamlı sülhün əldə edilməsinə ciddi maneə yaradır. Humanitar yardım adı altında Ermənistanın silahlandırılması bölgədə yenidən gərginliyi artırır və mövcud problemləri daha da dərinləşdirir. Ermənistan rəhbərliyi anlamalıdır ki, sülhdən başqa yol yoxdur. Bu gün sülhdən imtina Ermənistanın məhvi deməkdir. Yaxşı olar ki, Ermənistan rəhbərliyi cənab prezident İlham Əliyevin məsləhətlərinə qullaq assın və tezliklə sülh müaqviləsini imzalasın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 649 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021