"Parkovşiklər"i bəzi dövlət məmurları himayə etdiyi üçün belə rahatdırlar - AÇIQLAMA
Bakı sakinlərini tıxaclar, tez-tez bağlanan yollarla yanaşı qanunsuz şəkildə fəaliyyət göstərən "parkovşiklər" də narahat edir. Yollarda qanunsuz fəaliyyət göstərən bu şəxslər sürücülərlə yanaşı piyadaları da narahat edirlər. Belə ki, onlar yol kənarında, dayanacaqlarda dayanan piyadaların üstünə gedərək, harda dayanmalı olduqlarını əmr edirlər.
Bəs görəsən bu şəxslər kimlərdən cəsarət alaraq yollarda "hökmranlıq" edirlər ?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu şəxsləri bəzi dövlət məmurları himayə etdiyi üçün belə rahatdırlar:
"Bəzi şəxslər özlərini dövlətdən üstün tutmağa çalışırlar. Müstəlif adlardan, basqılardan istifadə edərək özbaşına şəkildə bu işi görürlər. Heç kəs dövlətdən üstün deyil. Dövlətin qoyduğu qaydalar elədir ki, parklanma yerləri yalnız dövlət nəzarətindədir. Şəhər bir neçə zonaya bölünüb və parkinq qiymətləri də buna uyğunlaşdırılıb. Sürücülər səhərdən axşama qədər və şənbə günü də daxil olmaqla avtomobillərini saxladıqları üçün "azparking"ə pul ödəyirlər. Ödənişlər isə nağdsız şəkildə həyata keçirilir. Müəyyən olunmayan zonalarda və həftə içi saat 22:00-dan saat 07:00-dək, həftənin bazar günü avtomobillərin parkinqi üçünsə ödəniş tələb olunmur. Qanunsuz fəaliyyət göstərən "parkovşiklər" bazar günləri gəlib yenə özbaşına şəkildə parklanma yerlərində işləyirlər. Vətəndaşlardan zorla pul alırlar. Axşam saat 10-dan sonra parklanma pulsuz olduğu halda sürücülərdən yenə pul istəyirlər. Bunun arxasında isə dövlət məmurları dayanır. Ola bilsin bəzi dövlət məmurları və ya keçmiş dövlət məmurları onları himayə edir. Hansı ki, onlar indi heç bir işlə məşğul deyillər və sadəcə keçmiş ad, vəzifə, nüfuz, kimlərinsə qohumu olmaqlarından istifadə edirlər".
Bu qanun pozuntularının qarşısının alınması üçün hansı tədbirlər görülür?
"Qeyd edilən qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq qanunsuz parklanma işini təşkil edən şəxslər barəsində inzibati tənbeh tədbiri və cərimələr tətbiq edilir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 763 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabr