İşğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşların işlə təmin olunması üçün hansı addımlar atılır? - AÇIQLAMA
İşğaldan azad olunmuş ərazilərə köçürülən ailələr vətənlərinə qayıtdıqları üçün nə qədər sevinsələr də, burada işsiz və gəlirsiz qalmaq onları qorxudan məsələlərdən biridir. Bu səbəblə vətənlərinə qayıtmaq istəməyən insanlar da az deyil. Bəs görəsən işğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır ?
Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən ailələrin yaşamını təmin etmək üçün onlara müəyyən vəsaitlər ayrılmalıdır:
"İşğaldan azad olunmuş ərazilər hələki ciddi problemlərlə üz-üzədir. Sistemlər hələ qurulmayıb. İfrastuktur, sənaye, kənd təsərüfatı sistematik kompleks şəklində həll olmayıb deyə məskunlaşmada bəzi problemlər olur. Təbii ki, birinci növbədə evlər tikilir, insanlar köçürülür, amma onların gəlir yerləri də təmin olunmalıdır. Bu halda pararel olaraq müəyyən müəissiələrin tikintisi aparılmalıdır və ya ordakı vətəndaşların azad şəkildə öz işlərini qurmaları üçün faizsiz, güzəştli kreditlər verilməlidir. Özünüməşğulluq proqramı çərçivəsində ora vəsaitlər yönəltmək olar. Orda əkin-biçin, heyvandarlıqla məşğul olmaq üçün ilkin dəstək verilməlidir. Torpaq sahələri paylanmalıdır. Pararel olaraq dövlət öz gördüyü işlərdən əlavə, yerli sahibkarların da bura cəlbinə şərait yaratmalıdır ki, iş yerləri açılsın, iqtisadi aktivlik olsun. Bura köçən vətəndaşlara müəyyən güzəşt və yardımlar edilməlidir ki, onlar özləri üçün biznes qursunlar. Kiçik müəissiələr sexlər fabriklər xidmət müəissiələri aça bilsinlər. Burada dövlətdən əlavə, özəl investrlar da olmalıdır, amma hamısı Azərbaycanlı olmaq şərti ilə. Əgər bunların heç biri olmasa dövlət müəyyən müddət üçün sosial yardımlar ayırmalıdır. Əks halda insanlar orda yaşamayacaq. Əgər qeyd etdiyim addımlar atılsa, işğaldan azad olunmuş ərazilərdə məskunlaşma daha surətli gedəcək və ordakı yaşayış daha effektiv olacaq".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 924 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabr