Bakıda iş adamı SAXLANILDI
Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.
Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib.
Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.
Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.
C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmə iş adamını 50 manat cərimə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 695 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu - Foto
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş proses
29 yanvarMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
Yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova bildirib ki, gündəliyə iki məsələ daxildir. Əvvəlcə,"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda təqdim olunub. Komit
28 yanvarGürcüstanda azərbaycanlı qız qəzada öldü
Gürcüstanda azərbaycanlı gənc yol qəzasında həlak olub. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən Qardabani rayonunda baş verib. 18 yaşlı Aydə Qurbanova avtomobil qəzası nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır
28 yanvarMasazırda yaşayanların DİQQƏTİNƏ! Bu yolda...
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yollar
29 yanvarAzərbaycanda bağçalar məcburi olacaq? - AÇIQLAMA
Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var. xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Komitənin sədr
28 yanvar