"Baba Rzayevin qardaşı bizi təhdid edir..." – ŞİKAYƏT / VİDEO
Astara sakini "Azərenerji" ASC prezidentinin qardaşı Rahib Rzayevdən şikayətçidir
Astara rayonu, Ərçivan kənd sakini Məmmədov Müseyib Valeh oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, aiddiyyatı qurumlar müraciətinə baxmır:
"Bildirim ki, Xəzər rayonu, Zirə qəsəbəsində səhər saat 8-9 radələrində motosikletlə işə gedirdik. Normal sürətlə hərəkət etdiyim zaman qəfildən arxadan gələn avtomobil yanlış "manevr" etdi, qəza baş verdi.
Qeyd edim ki, heç kimim yoxdur, kirayədə qalıram. Beton işi görüb, günə 50-60 manat pul qazanıram.
Xəstəxanadan çıxandan sonra ayağım sarğıda idi. Həkim dedi ki, 20 gün ayağın sarğıda qalmalıdır. Mən 15 gün saxladım, baxanım yoxdur, ona görə məcbur idim.
Qəzaya düşməyimizə səbəb Ələddin adlı şəxs idi. O, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin qardaşı Rahib Rzayevin tanışıdır. Rahib Rzayev məni işə aparan motosikleti sürən Siman adlı şəxsi təhdid etdi. Dedi ki, əgər bu söhbəti dərinləşdirsəniz sizə böyük problem yaradarıq.
3 dəfə DİN-in 102 xidmətinə məlumat verildi. Xəzər Rayon Prokurorluğuna müraciət edildi. Bizə dedilər ki, ərizə yazmalısınız. İşimizə baxılmadı.
Mərdəkan Rayon Polis İdarəsindən gəlib boş kağıza qol çəkdirdilər. Bir neçə gün bundan qabaq intihara cəhd etdim. 150 dərman içdim, amma ölmədim.
Rəsmi qurumlardan mənim işimə baxılmasını xahiş edirəm.
Qeyd edim ki, qəza aptekin kamelarına düşüb. Sahə rəisinə də müraciət etdik. Ümumiyyətlə, 1 nəfər maraqlanmadı, axtaran olmadı. Burda insan həyatından söz gedir.
Uşağım dünyaya gəldi, heç onu görə bilmədim. Elə vəziyyətə qoydular ki, ayağımı, əlimi hər yerdən kəsdilər. Motosikletə də 500-600 manat ziyan dəyib".
Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da oxucularımıza təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 974 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021