Sevgilisini döyən şirkət rəhbəri niyə 50 manat cərimə ilə sərbəst buraxıldı? - AÇIQLAMA
Bakıda məhkəmə sevgilisini döyən şirkət rəhbərini 50 manat cərimə edərək sərbəst buraxıb.
Qadın məhkəmədə: "Təxminən 1 il əvvəl ona ayrılmaq istədiyimi dedim. O Nərimanovda yaşadığım ünvana gələrək məni döyüb xəsarət yetirdi. Bir neçə gün əvvəl də telefonda danışan zaman ayrılmaq istədiyini dedim, bu zaman məni hədələdi və polisə müraciət etdim".
Barəsində protokol tərtib edilmiş şəxs, qısqanclıq zəminində sevgilisi ilə tez-tez mübahisə etdiyini deyib. O törətdiyi əməllərdən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza tədbiri görməsini xahiş edib.
Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr tarixli qərarı ilə şirkət rəhbəri 50 manat cərimə edilərək məhkəmə zalından sərbəst buraxılıb.
Bəs görəsən sevgilisini döyən, təhdid edən şəxsin sadəcə 50 manat cərimə edilərək sərbəst buraxılması doğrudurmu?
Mövzu ilə bağlı Sonxeber.a- a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, buna səbəb qadının şikayətini geri götürməsi ola bilər:
"Yəqin ki, qadın şikayətini geri götürüb. Ona görə də sözügedən şəxsə başqa maddə ilə cəza veriblər. Düşünürəm ki, burda İXM-nin 510-cu maddəsi tətbiq olunmuşdur. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur".
Bu kimi halları törədən şəxsləri hansı cəzalar gözləyir ?
"İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə