Əhaliyə pulsuz "konsert", yoxsa özbaşınalıq? – Görün restoranlar nə oyundan çıxırlar – VİDEO

Əhaliyə pulsuz "konsert", yoxsa özbaşınalıq? – Görün restoranlar nə oyundan çıxırlar – VİDEOBakıda bir çox restoran müştərilərinə açıq havada xidmət göstərir. Xüsusilə də yay aylarında insanlar restoranların həyətində oturub yeyib-içməyə, əylənməyə üstünlük verirlər. Kafelərdən, şadlıq evlərindən ətrafa yayılan səs-küy isə sakinləri narahat edir. Ancaq nə restoran sahibləri, nə də qonaqlar ətrafda yaşayanları rahatsız etdiklərini düşünür.

Restoranların yaxınlığında yaşayan vətəndaşlar sözügedən problemlə bağlı Publika.az-a görüntülər göndəriblər.
Aşağıdakı videolardan da göründüyü kimi, Xətai rayonu ərazisində, "Ukrayna dairəsi" yaxınlığında yerləşən "El Chacho" restoranında hər gün yüksək səslə musiqi səsləndirilir. Səs o qədər güclüdür ki, parkda, məhəllədə, hətta evdə belə qulaq batır. Həmin restoran sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün nəzərdə tutulan parkın yaxınlığında yerləşir. Restorandan ətrafa yayılan yüksək səs sakinlərin gün sonunda yürüş edib dincəlmək arzusunu ürəklərində qoyur. Səs hətta metronun "Həzi Aslanov" stansiyasının ətrafındakı yaşayış binalarına qədər yayılır.

Digər bir şikayət isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən "Küncüt" restoranından gəlib. Ərazidə yaşayan sakinlər restorandan gələn səsdən rahatsız olduqlarını, evdə dincələ bilmədiklərini bildiriblər.

Sosial şəbəkələrdə paylaşılan bu video isə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində lentə alınıb. "Yeni Günəşlidə fəaliyyət göstərən "Şam İşığı" restoranının yaxınlığında yaşayan sakinlər hər gecəni belə keçirir. Uşaqlarımız yata bilmir", – paylaşımda qeyd olunub./moderator.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1079   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021