Gündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEO

Gündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOBakı şəhər Xətai rayonu 86 nömrəli orta məktəbin direktoru Cavid Əliyevin məktəbdən ayrıldığı anların videosu sosial şəbəkələrdə günlərdir paylaşılır.

Ölkə.Az xəbər verir ki, direktorun 5 il çalışdığı təhsil müəssisəsindən alqış və gözyaşları ilə yola salınması böyük rəğbətlə qarşılanıb.

C.Əliyev viral olan görüntüləri ilə bağlı Ölkə.Az-a danışıb. O, saytımıza açıqlamasında yaşananların onun üçün də gözlənilməz olduğunu bildirib.

"Videoda gördükləriniz 86 nömrəli məktəbdə 5 illik fəaliyyətimin nəticəsidir. Gədəbəydə doğulsam da, Bakının Xətai rayonunda böyümüşəm. Lakin təyinatıma Gədəbəydə başlamışam. "Çalıquşu"ndakı kimi, sadəcə, kitabımı və pencəyimi götürüb "mən müəllim olacağam" deyib 500 km uzaqda olan kənddə coğrafiya müəllimi kimi işləməyə getmişəm. Orada 11 il işlədikdən sonra ayrıldım. Həmin məktəbdən də eyni cür yola salınmışdım.

Sonradan gəldim Pişəvəri adına gimnaziyada 6-7 il müəllim kimi işləyəndən sonra fikirləşdim ki, artıq direktor olmağın vaxtıdır. İmtahan verdikdən, müəyyən mərhələləri keçdikdən sonra 86 nömrəli məktəbə direktor təyin olundum.

Həmin video çəkilən gün 86 nömrəli məktəbdə məni 221 nömrəli məktəbə təqdimetmə mərasimim idi. Tədbirdə icra hakimiyyətinin və təhsil idarəsinin əməkdaşları da iştirak edirdi.

Akt zalından çıxanda gördüm ki, bütün uşaqlar cərgəyə düzülüblər. Dedim yəqin, idman dərsinə gedirlər, sonra bildim ki, elə deyil. İnanın ki, bunu gözləmirdim. Gözlərim doldu. Bir müəllim üçün valideynlərin, müəllimlərin, uşaqların sevgisini qazanmaq məvacibdən daha vacibdir. Bilməzdim ki, mənim o uşaqlar üçün elədiyim bir damla su mən çıxandan sonra böyük bir ümmana, daşqına, dənizə çevrilər. Şükürlər olsun ki, bu 5 ildə həmin sevgini qazana bilmişəm.

Siz inanın ki, mən o videoya tam baxa bilməmişəm, hər dəfə baxanda kövrəlirəm.

Elə bilirəm ki orada bir xəzinə, dünya qoyub gəlmişəm. İnşallah, indi gəldiyim 221 nöməli məktəbi də o vəziyyətə gətirəcəyəm".
Gündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOC.Əliyev hesab edir ki, məktəb direktoru olmaq fabrik, zavod və s. müəssisələrdə direktor olmaqdan çox fərqlidir:

"Biz direktorlar digər sahələrdən fərqli olaraq 3 sahədə işləyirik: müəllim, valideyn və şagirdlərlə. Müəllimlərin yanında olmalıyıq, valideynlərin məmnunluğunu qorumalıyıq. Əsas məsələ isə şagirdlərdir. Onları həvələsləndirməli, motivasiya verməlisən, uğuruna sevinməlisən. Məsələn, hədiyyə verməlisən.

Yəni şagird görməlidir ki, biz ona şəxsiyyət kimi yanaşa bilirik və şagird üçün əlçatanıq. Şagird direktorun otağında çəkinmədən öz sözünü deyə bilməlidir".

Xətai rayon 86 nömrəli məktəbin keçmiş direktoru burada çalışdığı 5 ildə əldə olunan nailiyyətlərdən də söz açıb:
"Xətai rayonunda yerləşən 37 məktəb arasında 6-cı yerdə, Bakı şəhəri üzrə təhsil idarəsinə tabe olan 320 məktəb arasında isə 29-cu yerdə idik. Mən həmin məktəbi götürəndə nəticələr çox geridə idi. Yəni təkcə uşaqların sevgisini qazanmamışıq, göstəricilərimiz də yaxşı olub. 86 nömrəli məktəb ərazidə brendə çevrilmişdi. 800 nəfərlik məktəbdə indi 2100-dən çox şagird təhsil alır. Bu da onu göstərir ki, biz düzgün yoldayıq. Bu dəqiqə valideyn istəyir ki, övladı sağlam, təhlükəsiz psixoloji mühitdə böyüsün və biz o mühiti yaratmışdıq. Davamiyyətim hər zaman 80+ olub. Mən onlarla təkcə parta arxasında məşğul olmamışam. Məsələn, koridorda onlar üçün öz vəsaitim hesabına kinoteatr düzəltmişdim. Asudə vaxtlarda onlara kino izlədirdim. Pandemiya dövründə kollektivimizdə heç bir itki olmadı.
Müharibə dövründə 4 dəfə cəbhəyə yardım elədik. Bunun üçün bir kəlməm bəs idi. Özüm şəxsən cəbhəyə gedib yardımları aparmışdım. Göndərmədim ki, birdən yolda nəsə itər. Hamı da gördü ki, yığılan ianələr yerinə çatıb.
Bakı şəhəri üzrə şahmat yarışında birinci yerə çıxmışıq. Özüm 2011-ci ildə "ilin" müəllimi" seçilmişəm.
O uşaqları gözüyaşlı buraxıb gəldim. Valideyn, müəllim və şagirdlər hələ də deyirlər ki, müəllim, geri qayıt. Söz yox ki, 221 nömrəli məktəbə gəlmişəmsə, burada da işləyəcəyəm. Sadəcə oradakı müəyyən layihələrim yarımçıq qaldı".

C.Əliyevlə bağlı diqqətçəkən daha bir məqam isə qızının ötən gün fəaliyyətə başlayan Qarabağ Universitetində təhsil almasıdır.

"Ayın 20-də cənab Prezidentimiz Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında oldu. Qızım da Qarabağ Universitetiin Beynəlxalq ticarət və logistika fakültəsində təhsil almağa başlayıb. Fakültəsini də elə seçmişik ki, Zəngəzura gedən yolda onun fəaliyyəti özünü göstərəcək. Məqsədimiz Azərbaycana qulluq etməkdir", - deyə o söyləyib.
Gündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOGündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOGündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOGündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOGündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOGündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEOGündəm olan məktəb direktoru kimdir? - Görün nələr DANIŞDI... - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3840   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021