Elmar Vəliyevin oğlu qazinin torpaq sahəsini zəbt edib - "Mənə deyirlər ki, atası sifarişlə adam öldürəndir, ondan uzaq dur"

Elmar Vəliyevin oğlu qazinin torpaq sahəsini zəbt edib - "Mənə deyirlər ki, atası sifarişlə adam öldürəndir, ondan uzaq dur"Gəncə şəhər sakini, II Qarabağ müharibəsi iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Şikayətçi iddia edir ki, ona sərancamla verilən torpaq sahəsini keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev ələ keçirib. Qazi problemin həll olunması üçün saytımız vasitəsilə Azərbaycan Respublikası Baş prokurorunun müavini Xanlar Vəliyevə müraciət edir:

"Qeyd edim ki, sərəncamla əlimdə 116.0 kv metr torpaq sahəmiz var. Qanuni sənədim olsa da, keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev həmin torpaq sahəsini əlimdən almaq istəyir.

Dəfələrlə müraciət etmişəm, bildirmişəm ki, bu yer mənimdir, imkan verin mən də bu yerdən faydalanım. Yarımcan adamam, ən azından sən evində rahat yatanda mən canımı qoymuşam, bir gözümdən olmuşam. Mən heç kəsin yerini, məkanını zəbt etmirəm. Mənim olana sənəd çıxarmaq istəyirəm, əlimdə sərəncamım var.

"Grand bazar"ın rəhbəri Mahmud bəy məni təhdid edir, görüşünə qəbul etmir. Mənə deyirlər ki, "Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur". Belə çıxır ki, mən haqqımı hanısa məmur balasına verməliyəm. Oddan, topdan, tüfəngdən qorxmayan oğlan heç harınlamış məmur balasının qarşısında acız qalarmı?!

Onu da deyim ki, Daşınmaz Əmlak Komitəsinin keçmiş müdiri Kərəm Həsənovla Elmar Vəliyev qudadır. Özləri verdiyi sərancamı bu gün "düzgün sənəd saymırlar". Biz oranı pulsuz almamışıq, pulumuzu verib almışıq.

Hörmətli Xanlar Vəliyev!

Əminəm ki, sizin bu məsələdən heç xəbəriniz də yoxdur. Onu da bilirəm ki, Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçmiş qazilərə və şəhidlərə necə hörmət edirsiniz. Mən müharibə iştirakşısı, 1 qrup əlil kimi, sizdən xahiş edirəm, sizin adınızla məni təhdid edənlərə qarşı bir tədbir görün.

Torpağa sənədi Elmar Vəliyevin müavini Məharət bəy verib. İndi Zaur adlı şəxs bizim qarşımızı kəsirərək, öz qanuni ərazimizə buraxılmırıq. Bizim çörək pulu qazanmağımıza mane olurlar.

Səlahiyyətli qurumlara müraciət edirik: biz sizin başınızı düşmən qarşısında uca etdik, siz də bizim haqqımızı tapdalamaq istəyənlərə mane olun".

Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Yenixeber.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1072   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr