"Səhliyalı"nın "İmsak" kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto

"Səhliyalı"nın "İmsak" kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto"Səhliyalı" şirkətinin istehsalı olan halal nemət markasına aid "İmsak" lyubitelskaya kolbasalarının da istehsalında insan orqanizmi üçün zərərli olan qida əlavələrinin istifadə edildiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə elə istehsalçı şirkət özü kolbasaların tərkibi barədə məlumatda qeyd edib. Məlumatda qeyd edilib ki, "İmsak" kolbasalarının tərkibi mal əti (əla növ), toyuq və ya hinduşqa əti, kərə yağı və ya bitki yağı, üzsüz quru süd, nişasta, zülal stalizatoru, xörək duzu, natrium- nitrit, kompleks qida əlavələri (E-451, E-621, E-316) var.

Kolbasanın tərkibində olan bu qida əlavələri insan orqanizmi üçün olduqca zərərli hesab edilən və bir çox ölkədə istifadəəsi qadağan edilən əlavələrdir. Belə ki, kolbasanın tərkibində olan E451 natrium və kaliumun fosfatlarla zəngin duzlar olub ət məhsullarında, əritmə pendirdə, şirniyyatda, dondurmada, unlu toz qarışımlarda istifadə edilir. Diş məcunları və ağız baxım məhsullarında da istifadə edilir.
E451 qida əlavəsi E450 ilə eyni yan təsirlərə sahibdir. Almaniyada qadağandır. Qətiyyən tövsiyə olunmur. Siçanlar üzərində aparılan təcrübələrdə ümumi metabolizmin pozulmasına səbəb olur və hiperaktivliyə, mineralların sorulmasının ləngiməsinə, həzm pozulmalarına, sonsuzluğa, inkişafına mane olub ömrü qısaltdığı aşkar edilib.

E621 qida əlavəsi isə sinir hüceyrələrinə, mərkəzi sinir sisteminə zərər verir və kanserogendir. Ürək döyüntülərinə, hiperaktivliyə, boynun qıc olmasına, ürəkbulanmaya, qusmağa, qarın ağrısına, əzələ zəifliyinə, ümumi halsızlığa, yanma hissinə və miqrenə səbəb olur. Bəzi hallarda anafilaktik şoka səbəb olmuşdur. Bəzi dərmanlarla və həssas insanlarda sinir krizinə, şizofreniya və apatiyaya səbəb olur. Hədsiz iştah artmasına səbəb olduğundan piylənməyə səbəb olur
Alkoqol və digər uyuşduruculardan da daha təsirli bir asılılıq yaradan maddə olub və toxluq hormonlarının ifrazına mane olduğu aşkar edilmişdir. Avropa Birliyi və bir çox ölkələrdə uşaq qidalarında istifadəsi məhdudlaşdırılıb. Qətiyyən tövsiyə olunmur.

Kolbasanın tərkibində olan E316 da istifadəsi məsləhət görülməyən qida əlavəsidir. Çox az miqdarda qəbulu zamanı yan təsirinin olmadığı iddia edilir. Ancaq artıq miqdarda istifadə olunduqda böyrək daşı, həzm problemləri, ishala səbəb olduğu müəyyənləşib. Bu maddə zəif unların qlüten keyfiyyətini yüksəldir, xəmirə elastiklik qazandırır, çörəkdə həcmi artırır, məhsulun iç quruluşunu və məsamələrini daha düzgün hala gətirir. Çox miqdarda qəbulu məsləhət görülmür.

Qeyd edək ki, "Səhliyalı" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin direktoru Rövşən Səmədovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.
"Səhliyalı"nın "İmsak" kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1363   Tarix: 25 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr