Şəhid Ülvi Mikayılovun son istəyi nə idi?
Baku TV Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun evindən reportaj hazırlayıb.
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalına layiq görülən şəhid Ülvi Mikayılovun atası Bəhruz Mikayılovun sözlərinə görə, oğlu şəhid olacağını əvvəlcədən hiss edibmiş:
"Oğlum hərbi xidmətə yollanandan bir ay sonra onun görüşünə getmişdim. Orada əsgər yoldaşları ilə birlikdə çay süfrəsində əyləşəndə dostları gülə-gülə dedilər ki, Ülvi gələndən şəhid olacağını deyir. Şəhid olmamışdan bir ay öncə yenə də əsgər yoldaşlarına şəhid olacağını söyləyib. Nənəsinə də deyib ki, əgər şəhid olarsa, onu Füzulidə, babasının yanında dəfn edək. Bizə ikinci vəsiyyəti isə belə olmuşdu ki, şəhid olarsa, doğma Füzulimizdə yaşayaq. Oğlumun hər iki vəsiyyətini yerinə yetirdim".
B.Mikayılov onu da söyləyib ki, şəhid olduqdan sonra həmişə oğlunu yuxuda gülərkən görüb:
"Bir gün dostum mənə Ülvini yuxuda gördüyünü dedi. Yuxusunda oğlum ona "atama söylə, çox ağlamasın, mən cənnətdəyəm", - deyib. Şəhid olandan 6-7 dəfə oğlumu yuxumda görmüşəm. Gəlir, ancaq əhvalımı soruşur, üzümdən öpür, hər dəfə də "özündən muğayat ol", - deyir".
Şəhid atası olmağın necə bir hiss olduğu barədə söz açan B.Mikayılov oğlu ilə həmişə fəxr etdiyini deyib:
"Mən çoxlu dövlət tədbirlərində, ictimaiyyət arasında oluram. Hamı deyəndə ki, bu, Ülvi Mikayılovun atasıdır, oğlumla fəxr edirəm ki, belə bir igid qəhrəmanın atasıyam".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nə sirkə, nə də soda: Ərpli kranı saniyələr içində parladır
Yumurtaya nə vaxt duz vurmaq lazımdır? - Kulinarlar izah edir
Rasim Balayevin cənazəsi gecə təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək - VİDEO+YENİLƏNİB
Bu yazını yalnız xanımlar OXUSUN - Cəmi 3 qaşıq kifayətdir
SON DƏQİQƏ! Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ - GÜCLÜ KÜLƏK...
Rasim Balayevlə vida mərasimi keçirilir
Türkiyədə restoranı gülləbəran edən azərbaycanlı maskalılar TUTULDU
Rasim Balayevin oğlu danışdı: "Qəfil pisləşdi"
Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Elə böyük balıq tutdu ki, şəhər sakinlərini də qonaq etdi
Sabahdan məktəblərdə dərslər başlayır
Rasim Balayev dəfn edildi
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)