"Cəbrayılın azad olunması xalqımızın birliyi, azadlığı və müstəqilliyinin qorunmasının parlaq bir nümunəsidir" - DEPUTAT

"Cəbrayılın azad olunması xalqımızın birliyi, azadlığı və müstəqilliyinin qorunmasının parlaq bir nümunəsidir" - DEPUTAT"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi və şəhər viran qoyulmuşdu.
27 il sonra, 2020-ci ilin 27 sentyabr tarixində başlamış İkinci Qarabağ müharibəsi ilə Ali Baş Komandanın uğurlu hərbi və siyasi rəhbərliyi altında, Azərbaycan Silahlı Qüvvələrinin minlərlə azərbaycanlını öz doğma ata-baba yurduna qaytardı, ölkəmizin qanayan yarası – Qarabağ işğaldan azad edildi, həsrətə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi məhz qətiyyətli və əzmkar lider – Ali Baş Komandan İlham Əliyevin və Silahlı Qüvvələrimizin səyi, şəhidlərimizin canı-qanı bahasına təmin edildi".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva bildirib ki, Cəbrayıl rayonunun azad edilməsi əməliyyatları çərçivəsində Azərbaycan ordusu intensiv döyüşlər apararaq bir çox kənd və strateji mövqeni geri aldı:

"Bu döyüşlər düşmənin ciddi itkilərinə səbəb oldu. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli razılaşma Cəbrayılın tamamilə Azərbaycanın nəzarətinə keçdiyini təsdiqləmişdi. Bu razılaşma, yalnız döyüşlərin sona çatmasını deyil, həm də Azərbaycanın regional strateji mövqeyinin gücləndirilməsini simvolizə etmişdir.

Cəbrayıl rayonunun ərazisindəki qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması, böyük tarixi və siyasi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üçün şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü elan edilmişdir".

Deputat vurğulayıb ki, "Böyük Qayıdış"a dair Dövlət Proqramı çərçivəsində 2026-cı ilədək xidmət binaları, inzibati obyektlər, uşaq bağçaları, idman sağlamlıq mərkəzləri və klub-icmaların tikintisi də nəzərdə tutulur:

"Bir neçə gün öncə Cəbrayıla ilk köç karvanı yola salınmış, 36 ailə, 117 nəfər öz doğma yurduna qayıtmaq imkanı əldə etmişdir. Bu tarixi hadisə cəbrayıllıların sevincinə səbəb olmuşdur. Azad olmuş ərazilərə əhalinin köçürülməsi 2026-cı ilədək proqram çərçivəsində davam etdiriləcəkdir.

Cəbrayıl, Azərbaycanın tarixi və mədəni zənginliyi ilə tanınan ərazilərindən biridir. Şəhərin tarixi abidələri və mədəni irsi, onun qədim dövrlərdən strateji əhəmiyyət kəsb etdiyini təsdiq edir. Cəbrayıl rayonu sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Cəbrayılda musiqi, ədəbiyyat və sənət sahələrindəki inkişaf, bu regionun mədəniyyətinin zənginliyini nümayiş etdirir. Cəbrayılın inkişafı müasir dövrdə iqtisadi və sosial sahələrdə müsbət irəliləyişlər nümayiş etdirir. Şəhərin infrastrukturu, sosial xidmətləri və təhsil müəssisələri davamlı olaraq inkişaf etdirilir, sakinlərin həyat standartlarının yüksəldilməsi məqsədinə xidmət edir.

4 oktyabr bu inkişafın vurğulanması və yeni layihələrin təşviqi üçün bir platforma təqdim edir. Cəbrayılın azad olunması xalqımızın birliyi, azadlığı və müstəqilliyinin qorunmasının parlaq bir nümunəsidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2107   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr