"Əminəm ki, tezliklə Qərbi azərbaycanlılar da sevinc və böyük coşqu ilə öz doğma yurdlarına qayıdacaqlar" - DEPUTAT

"Əminəm ki, tezliklə Qərbi azərbaycanlılar da sevinc və böyük coşqu ilə öz doğma yurdlarına qayıdacaqlar" - DEPUTAT"Ermənistan rəhbərliyi cənab prezident İlham Əliyevin Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşından nəticə çıxarmalı və xalqı üçün ən doğru addım olan sülh müqaviləsini imzalamalıdır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bilirsiniz ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb və yaradıb:

"Amma o, 97 yaşında öz doğma torpaqlarını tərk etməyə məcburiyyətində qalıb. 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə 150 illik yubileyi qeyd edilmiş və Ağkilsə kəndində onun abidəsi ucaldılıb. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları tərəfindən bütün abidələr kimi onun abidəsi də dağıdılıb. Erməni vandalları 30 ilə yaxın işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda tarixi abidələrimiz, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımızı yerlə-yeksan edib, müxtəlif vəhşiliklər törədiblər".

Deputat vurğulayıb ki, "Böyük Qayıdış"a dair Dövlət Proqramı çərçivəsində erməni vandalları tərəfindən dağıdılan yaşayış məntəqələsi, dini, tarixi, mədəni abidələr, məscidlər yenidən bərpa edilir:

"Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. "Böyük Qayıdış" proqramı çərçivəsində köç karvanları ard-arda yola salınır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırla. Bu il Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar məktəbə gedirlər".

Deputat söyləyib ki, tezliklə Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik:

"Qərbi Azərbaycandan olan soydaşlarımızın övladları da eyni hissləri yaşayacaq və öz doğma torpaqlarında məktəbə gedəcəklər. Hər şey bizim əlimizdədir. Necə ki, biz 30 il ərzində Qarabağımıza qovuşacağımıza əminiydik. Elə də oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işağldan azad etdi. 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi şücaət 1 günlük antı-terror əməliyyatları zamanı da davam etdirildi. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Əminəm ki, tezliklə Qərbi azərbaycanlılar da sevinc və böyük coşqu ilə öz doğma yurdlarına qayıdacaqlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 917   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr