"Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından xəbərsizəm, ancaq..." - Deputat

"Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından xəbərsizəm, ancaq..." - Deputat"Hər dəfə çağırış edirsən ki, gəlin "filan müğənninin baldırı göründü", "kiməsə toyda söz atdılar" kimi mövzuları sosial şəbəkələrin siyasiləşmiş baboşlarına buraxaq. Məsuliyyətli insanlarımız isə qaragüruh aurasından özünü ayırıb düşüncə həyatımızı daha faydalı, sağlam, strateji xeyri olacaq mövzulara, onların müzakirəsinə yönəltsin. Kitabı, mütailəni təbliğ edək, kütləvi savadsızlaşmanın faciəsinə diqqət yönəldək və yaxşı mənada bir şeyləri dəyişməyə çalışaq".

Ölkə.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Aşıq Ələsgərin ötən gün açılışı baş tutan abidəsi barədə müzakirələrdən danışarkən deyib. O hesab edir ki, sənətin estetik tərəfini peşəkarlar müzakirə etməlidir:

"Əlbəttə, güncəl sosial mövzular, sıxıntılar, özbaşınalıqlar, ədalətsizliklər, mədəniyyətsizliklər barədə də fikirmizi bildirək, təkliflərimizi verək, ideyalarımızı bir-birimizə ötürək ki, daha yaxşı Azərbaycan modelini tədricən qurmağa doğru praktik və nəzəri işlər görək. Əvəzində yenə də "Aşıq Ələsgər" ideyasını, beynəlxalq siyasətdə istifadə etməyə çalışdığımız "Qərbi Azərbaycan" ideyasını bəsit bir texniki mövzuya çevirməklə məşğul olurlar. Təbii ki, sənət nöqteyi-nəzərindən bir heykəlin qoyulduğu yerə, hansısa uyğun gəlməyən detallara münasibət bildirən peşəkar insanlara deyiləcək bir söz yoxdur. Çünki sənətə baxış fərqli olmalıdır və bunun estetik tərəflərini müzakirə etmək insanın düşüncəsinə müdaxilə olardı. Ancaq bir çoxlarının Aşıq Ələsgərin sazı elə və ya belə tutmasını müzakirə etməsi və əsas ideyanı bu texniki məsələ üzərindən mənasızlaşdırmağa çalışması aydın şəkildə sezilir. Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından bixəbərəm, ancaq niyə Aşıq Ələsgər obrazını canlandırmağımızdan xəbərim var".
"Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından xəbərsizəm, ancaq..." - DeputatMillət vəkilinin fikrincə, Aşıq Ələsgər heykəlinin bərpasına nə üçün Bakıdan başladığımızı müzakirə etmək daha doğru olardı:

"Xatırlayırsınızsa, ölkə prezidenti Cocuq Mərcanlı adlı cəmi bir kəndimiz azad olanda ilk tapşırığı nə oldu? Orada hələ işğal altında olan Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin eynisini tikməyi. Yəni ideya Şuşanı azad edib onun simvollarından biri olan Gövhər Ağa məscidini bərpa etmək idi. Şükürlər olsun ki, bu ideya böyük qələbəmizlə gerçəkləşdi. İndi də vaxtilə Göyçədə Zod kəndində ermənilərin vəhşicəsinə dağıtdığı Aşıq Ələsgər heykəlinin bərpasına Bakıdan başladığımızı bəyan edirik. Bu simvolu nədən Vətən torpağına böyük bir qayıdış ideyasının əsas mövzusuna çevirməyimizi müzakirə etmək daha doğru olmazdımı?

Xalq hamınındır, hamıdır, ancaq xalqı tarixdə yaşadan onun ağıllı, qəhrəman, aydın insanlarıdır. Dünyaya da bir xalq bu adların brendi ilə çıxır. Məzlum Məhəmmədhəsən əmi də, Usta Zeynal da, hətta Şeyx Nəsrullah da Böyük İşıq Mirzə Cəlillə yanaşı bu xalqın övladlarıdır, ancaq bu xalqın dəyəri, cövhəri Məhəmmədhəsən əmi ola bilməz. Mirzə Cəlildir, Həsən bəy Zərdabidir, Hüseyn Caviddir, Mirzə Fətəlidir, Üzeyir bəydir, yüzlərlə aydınlar, qəhrəmandır, elm, sənət, siyasət adamlarıdır. Qarabağı işğaldan azad edən qəhrəmanlardır. O cümlədən ədəbi dilimizin varlığına ən böyük töfhə vermiş Vaqifdir, Aşıq Ələsgərdir.

Dinimizi necə ki, nadanlar, xurafatçılar, qaragürühçular işğal edib müsəlmanları vəhşi və cahil obrazda göstərməyə nail oldular, indi də cəmiyyəti bayağı mövzulara yönəldənlər, böyük aydınımız mərhum Xudu Məmmədovun dediyi kimi, ucuz qrafitlərin bolluğunda bahalı almazları yox etməyə çalışacaqlar. Əgər bizlər meydanı boş qoyarıqsa...

Aşıq Ələsgər sazı doğru-dürüst necə tutduğunu bilmirəm, ancaq sözü mükəmməl tutub. Hansı ki, iki əsrdir o sözün cazibəsində xoşallanırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1069   Tarix: 01 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr